Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq ekspert: Belarus Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak edəcək – MÜSAHİBƏ

Beynəlxalq ekspert: Belarus Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak edəcək – MÜSAHİBƏ

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan və Belarus arasında ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi ölkələrin iqtisadi artımını və inkişafını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadi-ticarət tərəfdaşları siyahısında Belarus Rusiyadan sonra ikinci yeri tutur. Ölkələrimiz arasında ticarət dövriyyəsi çox uzun müddət ərzində təqribən 0,5 milyard dollar təşkil edib və bu, təbii ki, son hədd deyil. Bu gün ölkələr arasında iqtisadi sahədə bir sıra layihələr həyata keçirilir, müxtəlif sahələrdə ikitərəfli layihələr geniş vüsət alır. Belarus Prezidentinin Azərbaycana səfəri bu əməkdaşlığın yeni imkanlarını açır.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını Belarus Dövlət Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Leşenyuk cavablandırıb. Beynəlxalq ekspertlə müsahibəni təqdim edirik.

- Ötən həftə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri baş tutub. Bu səfərin nəticələrini necə qiymətləndirirsiniz və səfər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- Belarusla Azərbaycan arasında əməkdaşlıq kortəbii qərarlar silsiləsi ilə yaranmayıb, onlar uzun illərin əməyi əsasında yaradılıb və inkişaf etdirilib. Biz görürük ki, Prezidentlərin görüşləri çox vaxt isti atmosferdə keçirilir. Xatırlayaq ki, liderlər arasında əvvəlki görüş və ikitərəfli danışıqlar 2023-cü il dekabrın sonunda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı baş tutub. Məhz o zaman Belarus Prezidenti Azərbaycana dəvət olunub. Belarus-Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası daimi əsasda fəaliyyət göstərir, onun növbəti iclası bu ilin iyununda keçiriləcək. Bu baxımdan, ikitərəfli qarşılıqlı fəaliyyətin nəticələri kifayət qədər məntiqli və göz qabağındadır: Belarus bazarında Azərbaycan malları geniş yayılıb, Azərbaycanda Belarus mallarına böyük tələbat var, ölkələr arasında ticarət dövriyyəsi təbii olaraq artır.

Bundan əlavə, müxtəlif sahələrdə iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişlənməsini gözləmək olar. Gələcək layihələr də iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Belə layihələrdən biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində əməkdaşlıq olacaq.

- Belarus öz potensialından Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yenidənqurmaya kömək etmək üçün necə istifadə edə bilər?

- Belarusun kənd təsərrüfatı şəhərciklərinin salınmasında yaxşı təcrübəsi var. Bu yanaşma sosial inkişaf, kənd dirçəlişi və inkişaf proqramları çərçivəsində özünü doğruldub. Belarusiyada kənd yaşayış məntəqələrinə yeni yanaşma formalaşıb, ölkədə rahat qəsəbələr salınıb, burada istehsal və sosial infrastruktur yaradılıb. Oxşar konsepsiya təbii ki, iqlim və ərazi xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycanda şəhərsalmada da tətbiq olunacaq. Hazırda prezidentlər müəyyən ediblər ki, 420 ailəlik qəsəbə salınacaq və bu, kifayət qədər böyük layihədir. Bu planların da sıfırdan yaranmadığını vurğulamaq yerinə düşərdi: tikinti sahəsində əməkdaşlıq artıq davam edirdi, lakin əsas diqqət şəhərsalma və layihə sənədlərinin işlənib hazırlanmasına, normativ baza və texnologiyaların mübadiləsinə yönəldilib. İndi ölkələrimiz arasında tikinti və dizayn sahəsində əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə qalxacaqdır.

- Dövlət başçıları sənaye korporasiyası sahəsində əməkdaşlığın əhəmiyyətini, o cümlədən Belarus və Azərbaycanda birgə istehsalın yaradılmasını müzakirə ediblər. Bu sahələrdə əməkdaşlıq necə genişləndirilməlidir?

- Belarus-Azərbaycan əməkdaşlığının ən perspektivli istiqamətlərinə sənaye və texnoloji əməkdaşlıq, rəqəmsal transformasiya və süni intellekt, ticarət maneələrinin aradan qaldırılması daxildir. Ölkələrimizin sənaye əməkdaşlığında artıq uğurlu təcrübəsi var. Bu, Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodunun qarşılıqlı əlaqəsidir. Komplektləri Minsk tədarük edir, Gəncədə müxtəlif modifikasiyalı Belarus traktorları və Belarus markalı taxılyığan kombaynlar yığılır. Bundan əlavə, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxa biləcək kənd təsərrüfatı və sərnişin avadanlıqlarının istehsalı üçün sənaye klasteri yaradılıb. İnşaat sektoru, kənd təsərrüfatı, qida istehsalı, nəqliyyat, logistika, turizm, əczaçılıq, İT, bio və nanotexnologiyalar, neft-kimya sahələrində oxşar layihələrin axtarışı və həyata keçirilməsi maraq doğurur və investisiya əməkdaşlığı üçün yeni imkanlar yaradır.

- Tərəflər kompleks mineral gübrələrin birgə istehsalı haqqında da danışıblar. Bu əməkdaşlığı hansı istiqamətdə görürsünüz?

- Mineral gübrələr əməkdaşlıq üçün digər perspektivli sahədir. Məlumdur ki, Belarus dünyada kalium gübrələrinin ən böyük istehsalçılarından biridir. Belarus dövlətinə qarşı tətbiq edilən sanksiyalara görə Qərb ölkələri Belarus kalium gübrələrinin dünyada rolunu xeyli azaldıb və bununla da dünya bazarını qəsb ediblər. Sanksiyalara baxmayaraq, Belarus kalium şirkəti dünya bazarlarına çıxmaq yollarını tapıb. Kompleks gübrələr ilk növbədə daxili ehtiyaclar və Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün lazımdır, sonra qonşu ölkələrə (Pakistan, İran) ixracı haqqında düşünməyə dəyər. Azərbaycanla bu sahədə əməkdaşlıq Qərb dövlətləri ilə (ilk növbədə Hindistan və Braziliya bazarlarında) rəqabət aparmağa, Afrika ölkələrini gübrələr ilə təmin etməyə imkan verəcək.

- Kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hansı tədbirlərə ehtiyac var?

- Kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə proqramların həyata keçirilməsi perspektivli yollardan biridir. Bu sahə hərtərəflidir, çünki bura yem istehsalı, saxlanması, məhsulların emalı (ət, süd, taxıl, meyvə və s.) məsələləri daxildir. Burada logistika, kimya sənayesi (gübrə istehsalı), baytarlıq preparatları, transsərhəd baytarlıq xəstəliklərinin müəyyən edilməsi, nəzarəti və qarşısının alınması tədbirləri, bununla bağlı infrastrukturun yaradılması böyük rol oynayır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi dünyada prioritet məsələlərdən biridir, ona görə də kənd təsərrüfatı və heyvandarlığa əsaslanan əməkdaşlıq xüsusilə çətin geosiyasi şəraitdə zəruridir. Hazırda Azərbaycanda hər iki ölkə üçün maraqlı və çox əhəmiyyətli layihə - baytarlıq preparatlarının birgə istehsalının yaradılması həyata keçirilir.

- Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkələrimiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? Ölkələrimiz arasında nəqliyyatın hansı sahələrində əməkdaşlığın daha böyük perspektivləri var?

- Son hadisələr fonunda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti dəfələrlə artır. Dəhliz üçüncü ölkələrin bazarlarına birgə məhsulların tədarükü imkanlarını açır ki, bu da kollektiv Qərbin həm Belarus, həm də Azərbaycanın işlərinə müdaxiləsi kontekstində vacibdir. Belarus milli nəqliyyat sisteminin qlobal nəqliyyat şəbəkəsinə inteqrasiyasında maraqlıdır, ölkənin tranzit potensialının reallaşması bundan asılıdır. Ona görə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Transxəzər dəhlizi və “Bir kəmər, bir yol” layihəsi diqqətdən kənarda qalmır. Hər iki ölkənin nəqliyyat-logistika potensialı böyükdür və Belarusla Azərbaycan arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin ən perspektivli istiqamətləri multimodal konteyner daşımaları olacaq. Bu nəqliyyat növü bizə regionun nəqliyyat sisteminin bütün imkanlarından istifadə etməyə imkan verir. Logistika sahəsində əməkdaşlıq bizə əlavə yüklərin həcmini cəlb etməyə, ölkələrimiz arasında ticarət dövriyyəsinin, həmçinin birgə məhsulların ixracının həcmini artırmağa imkan verəcək.

- Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması azərbaycanlı investorların Belarusa axınına necə təsir göstərdi?

- Biznes sektoru Belarusla Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənarda qalmayıb. İnvestisiya potensialı böyükdür, bunu 2023-cü ilin payızında keçirilən “Azərbaycan-Belarus: investisiyalar, ticarət və logistika” tədbirinə hər iki ölkə sahibkarlarının marağı sübut edir. Tədbirin baş tərəfdaşı “Velikiy Kamen” Çin-Belarus Sənaye Parkı olub, onun əsasında investisiya layihələrinin həyata keçirilməsi mümkündür. Biznes sahəsində əməkdaşlığın prioritet istiqamətlərinə İT, dizayn və logistika, maliyyə və konsaltinq, qida məhsulları, maşınqayırma, kimya və s. daxildir. Azərbaycan investorlarının Belarusa artan marağı fonunda Aİİ bütün regionun makroiqtisadi sabitliyini təmin edən alətdir və ölkələrin iqtisadi, enerji, pul və texnoloji suverenliyini dəstəkləməyə yönəlib.

- Bu il Azərbaycan genişmiqyaslı tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu baxımdan Azərbaycan və Belarus yaşıl enerjinin inkişafı üçün öz resurslarından və texnologiyalarından necə istifadə edə bilərlər?

- Həm Belarus, həm də Azərbaycan yaşıl yolda əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bu, elektrik enerjisindən istifadə etməklə avtobus və avadanlıqların istehsalı ilə sənaye korporasiyası sahəsində həyata keçirilə bilər. Minsk tədricən sərnişindaşıma üçün elektrik avtobuslarına keçir, elektromobillərin yığılması təcrübəsinə malikdir. Belarusda iqlim şəraitinə görə küləkdən, günəşdən və çaylardan əldə edilən bərpaolunan enerjidən böyük həcmdə istifadə edilmir. Buna baxmayaraq, təbiətin və iqlimin qorunmasına yönəlmiş tədbirlər davamlı olaraq həyata keçirilir. Azərbaycan günəş enerjisi, külək enerjisi və dəniz sektorunu inkişaf etdirir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu baxımdan forumun keçirilməsi Azərbaycanın yaşıl enerjiyə keçidinə və yaşıl vektorun güclənməsinə töhfə verəcək. Yaşıl energetika sahəsində Belarus və Azərbaycanın birgə əməkdaşlıq üzrə təcrübələri var və ölkələrimiz birgə layihələrə və təcrübə mübadiləsinə başlaya bilərlər.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın Belarus ilə ticarət dövriyyəsinin ümumi həcmi 30,3 faiz və ya 24,3 milyon dollar artaraq 104,4 milyon dolları üstələyib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasən, cari ilin ilk rübündə Azərbaycandan Belarusa 9,5 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 23,4 faiz və ya 1,8 milyon dollar çoxdur. Belarusdan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 31,1 faiz və ya 22,49 milyon dollar artaraq 94,9 milyon dollar təşkil edib. Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belarus ilə ticarətin payı 1,07 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,39 faiz bəndi çoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq