Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır
Bu fikir İsraildə keçirilmiş anma mərasimində səsləndirilmişdir

Bakı, 29 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20-ci ildönümü dünyanın hər yerində olduğu kimi, İsraildə də qeyd edilmişdir.

AZƏRTAC xəbər verir ki, fevralın 27-də “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) və Netanya Akademik Kollecinin Strateji Dialoq üzrə S. Daniel Abraham Mərkəzi “İsrail-Azərbaycan Strateji İttifaqı: Xocalı soyqırımını anma” mövzusunda konfrans keçirmişlər. Tədbirin keçirildiyi binanın foyesində AZƏRTAC-ın dəstəyi və təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən fotosərgi açılmışdı.

Sərgidə Heydər Əliyev Fondunun, Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) birgə layihəsi əsasında nəşr edilən, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı kitablar, bröşürlər, audio-video materiallar da nümayiş etdirilmişdir. Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişlər.

İsrail parlamentinin, dövlət və hökumət rəsmilərinin, Təl-Əvivdəki Türkiyə, Qazaxıstan və Özbəkistan səfirliklərinin, Şimali Kipr Türk İcması nümayəndələrinin iştirak etdikləri tədbirdə İsrail Knessetinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müavini və Netanya Universiteti yanında Strateji Dialoq Mərkəzinin sədri Yefraim Sne demişdir ki, Azərbaycan bütün sahələrdəki inkişafı ilə müsəlman dünyasının aparıcı qüvvəsi və öndə gedən örnək ölkədir. Çıxışında Xocalı soyqırımına geniş yer verən Y.Sne demişdir ki, bu, Azərbaycan xalqına qarşı əsl cinayətdir və təəssüf ki, dünya ictimaiyyəti hələ də bu faciəyə lazımi qiymət verməyib. Bir sual məni çox düşündürür: Nəyə görə BMT Təhlükəsizlik Şurasının üzvləri və dünya birliyi BMT-nin üzvü olan Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb etmirlər? Nəyə görə dünya Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzü dayandırmasını, silahlı qüvvələrini işğal olunmuş torpaqlardan çıxarmasını tələb etmir?

Xocalı soyqırımını kəskin şəkildə pisləyən natiq demişdir ki, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair qərar və qətnamələri yerinə yetirilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir.

Natanya Akademik Kollecinin rektoru Çvi Arat İsrail-Azərbaycan əlaqələrinin inkişafının əhəmiyyətindən danışmışdır.

Xocalı faciəsindən danışan rektor demişdir: “Xocalı qətliamı günahsız dinc azərbaycanlıların - uşaqların, qadınların və qocaların qəddarlıqla qətlə yetirildiyi çox dəhşətli faciədir”.

Maalot Şəhər Bələdiyyəsi sədrinin birinci müavini Arkadi Pomeraniç isə bildirmişdir ki, bu faciədən 20 il keçməsinə baxmayaraq, azərbaycanlılar, eləcə də əslən Azərbaycandan olan yəhudilər Xocalı qətliamının adı gələndə ürəkağrısı keçirir, bu acını unuda bilmirlər. Bizim fikrimizcə, bu, tək hərbi cinayət yox, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva İsraildəki Azərbaycan diasporunun bu mərasimin təşkili və keçirilməsindəki rolunu yüksək qiymətləndirmişdir. Deputat demişdir ki, Xocalıda ermənilər tərəfindən soyqırımı, insanlıq əleyhinə cinayət törədilmiş, dinc əhali məhz azərbaycanlı olduğu üçün amansızlıqla qətlə yetirilmişdir. Ermənilərin vəhşiliyini bütün dünya bilməlidir və bu soyqırımını törədən cinayətkarlar bu gün Ermənistanda ən yüksək vəzifələri tuturlar. Bu cinayətkarlar törətdikləri soyqırımına görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Holokostu yaşamış yəhudi xalqı Xocalı soyqırımını hamıdan yaxşı anlaya bilər. Azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırımı həm də insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Dünya ictimaiyyəti bu faciəni soyqırımı kimi tanımalıdır. Bütün dünya ictimaiyyəti Xocalı soyqırımının tanınmasında və onu törədənlərin öz layiqli cəzasının alması istiqamətində Azərbaycana dəstək göstərməlidir. Bu soyqırımını törədənlər öz layiqli cəzalarını almalıdırlar ki, gələcəkdə bu cür cinayətlər bir daha təkrarlanmasın.

Q.Paşayeva vurğulamışdır ki, azərbaycanlılara qarşı soyqırımı bu gündə davam edir. Xocalı sakinləri 20 ildir ki, Ermənistan tərəfindən tamamilə dağıdılmış və bu gün də işğal altında saxlanılan öz evlərinə dönə bilmirlər. O, Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq işğalçılıq siyasətini bu gün də davam etdirməsi və törətdiyi vandalizm aktları barədə ətraflı məlumat vermişdir.

Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, işğalçılar Xocalını yerlə-yeksan etmiş, şəhərin dinc sakinlərinə görünməmiş amansızlıqla divan tutmuşlar. Onlar nə qocalara, nə qadınlara, nə də uşaqlara aman vermişlər. Bu məsələdə Ermənistanın günahkar olduğunu tək Azərbaycanın hüquq mühafizə orqanlarının əlində olan tutarlı faktlar deyil, həm də çoxsaylı müstəqil mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının işğalında iştirak etmiş erməni hərbçilərinin özlərinin söylədikləri də təsdiqləyir. Bu isə bir daha sübut edir ki, Xocalının dinc sakinlərinin öldürülməsi məhz onların azərbaycanlı olması ilə bağlı idi. Xocalı şəhəri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın apardığı etnik təmizləmə siyasətinin bir mərhələsi idi. Günahsız uşaqlara, qadın və qocalara qarşı bu barbar qəddarlığının heç bir izahı yoxdur. Bu dəhşətli faciə heç vaxt unudulmamalıdır. O demişdir: “Biz bütün bunları yadda saxlamağa, erməni faşistlərinin insanlığa qarşı nifrətlərinin ən yüksək nöqtəyə çatdığı bu günün xatirəsini nəsildən-nəslə ötürməyə borcluyuq”.

Ekspert Ermənistanın Xocalıda törətdiyi soyqırımının Holokostu yaşamış yəhudilərin hər kəsdən daha yaxşı anladığını xüsusi vurğulamış, Ermənistanın monoetnik dövlət yaratmaq üçün apardığı etnik təmizləmə siyasətini kəskin tənqid etmişdir. “Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanda cəmi 150 yəhudi qaldığı halda, Azərbaycanda 30 min yəhudi yaşayır. Ermənistanda Holokost abidəsinə hörmətsizlik göstərildiyi halda, Azərbaycanda yeni sinaqoqlar açılır, mədəniyyət mərkəzləri istifadəyə verilir”.

Sonra Hayfa Universitetinin professoru Avinoam İdan, Yerusəlim Universitetinin professoru Eldad Pardo, Təl-Əviv Universitetinin professoru Hen Bran, Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı mütəxəssisi Kamal Əliyev, Stimeqi Beynəlxalq Xeyriyyə Fondunun İsraildəki nümayəndəsi Robert Abramov və başqaları çıxış edərək Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin yüksək tolerantlıq şəraitində yaşamalarından, Azərbaycanın bu istiqamətdə dünyada örnək ölkələrdən biri olduğundan ətraflı bəhs etmişlər. Xocalı soyqırımına xüsusi diqqət yetirən natiqlər bildirmişlər ki, sivil dünyanın gözü qarşısında Ermənistan tərəfindən törədilən bu soyqırımı hər yerdə kəskin pislənilməli, Azərbaycanın işğal altında olan əraziləri azad edilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan yaradılmalıdır. Beynəlxalq ictimaiyyət Azərbaycana bu istiqamətdə dəstəyini daha da artırmalıdır.

Sonra İsraildəki Azərbaycan Mədəni Mərkəzinin direktoru Yeganə Salman çıxış etmiş, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, Diasporla İş üzrə Dövlət Komitəsinə, AZƏRTAC-a, Stimeqi Beynəlxalq Xeyriyyə Fonduna təşəkkürünü bildirmişdir.

Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Tədbir İsrail mətbuatında geniş işıqlandırılmışdır.

Xətayi Əzizov

AZƏRTAC-ın müxbiri

Bakı-Təl-Əviv-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır