Beynəlxalq İdman Mətbuatı Assosiasiyası ilin ən yaxşı idmançılarını açıqlayıb
Bakı, 30 dekabr, AZƏRTAC
Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) 2025-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, səsvermədə 121 ölkədən ümumilikdə 836 jurnalist iştirak edib.
Kişi idmançılar arasında mükafata 1182 xalla isveçli atlet, şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Armand Düplantis layiq görülüb. O, bu il Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanmaqla yanaşı, karyerasında 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib. İkinci yeri dünyanın bir nömrəli tennisçisi, İspaniyalı Karlos Alkaras (784 xal) tutub. İlk “üçlüy”ü Fransanın PSJ klubunun futbolçusu, “Qızıl Top” mükafatının son qalibi Usman Dembele (713 xal) tamamlayıb.
İspaniya millisinin futbolçusu Aytana Bonmati (824 xal) qadın idmançılar arasında ilin ən yaxşısı seçilib. Keniyalı atlet Beatris Çebet (453 xal) ikinci, qadın tennisçilər arasında dünyanın bir nömrəli raketka ustası belaruslu Arina Sabalenka (446 xal) isə üçüncü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]