Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə konsert olub
Bakı, 28 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və Fransanın ölkəmizdə səfərdə olan Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın şərəfinə konsert olub.
AZƏRTAC xəbər verir ki, konsert Klod Debüssinin və Qara Qarayevin əsərlərinin səsləndirilməsi ilə başlanıb. Proqramda Avropanın və Azərbaycanın digər bəstəkarlarının əsərləri də yer alıb.
Konserti Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.