Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizlik məsələsi yenidən gündəmdə TƏHLİL

Beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizlik məsələsi yenidən gündəmdə TƏHLİL

Bakı, 20 aprel, AZƏRTAC

Dünyada artan geosiyasi gərginliklər, xüsusilə ABŞ–İran hərbi qarşıdurması fonunda beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizlik məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. İran ərazisindən yük daşımalarının faktiki olaraq mümkünsüz hala gəlməsi ənənəvi cənub marşrutlarının nə qədər həssas olduğunu göstərdi. Bu şəraitdə Azərbaycan ərazisindən keçən Orta Dəhliz təkcə alternativ deyil, real və etibarlı çıxış yolu kimi ön plana çıxır.

Artıq bu tendensiyanın konkret nəticələri də müşahidə olunur. Cənub dəhlizinin riskli olması səbəbindən yük axınlarının Orta Dəhlizə yönəlməsi Bakı Beynəlxalq Ticarət Limanında yükaşırma həcmini dəfələrlə artırıb. Hazırda liman ərazisində Qazaxıstana və Türkmənistana gedəcək 1400-dən çox nəqliyyat vasitəsi növbə gözləyir. Eyni zamanda, Tacikistan və Qırğızıstana göndərilən yüklər də məhz Bakı limanı üzərindən daşınır ki, bu da Azərbaycanın region üçün əsas tranzit mərkəzə çevrildiyini təsdiqləyir.

Mövcud dinamika göstərir ki, Orta Dəhliz artıq yalnız geosiyasi risklər fonunda müvəqqəti alternativ deyil, Çin–Avropa xətti üzrə qısa, təhlükəsiz və dayanıqlı marşrut kimi formalaşır. Proqnozlara görə, 2030-cu ilə qədər bu dəhliz üzrə yükaşırma həcminin 3 dəfə artması, daşınma müddətinin isə 2 dəfə azalması gözlənilir. Bu isə Azərbaycanın Avrasiyanın əsas logistik halqalarından biri kimi rolunu daha da gücləndirməklə yanaşı, 1 trilyon dollardan çox ÜDM-ə malik türk dövlətlərini birləşdirən iqtisadi platforma kimi Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır.

Artan yük dinamikasına uyğun olaraq infrastruktur təkmilləşdirilir

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, ümumilikdə nəqliyyat şəbəkəsi dünyada bir-biri ilə sıx əlaqəlidir və müxtəlif regionlarda baş verən hadisələr qlobal sistemi birbaşa təsir altına salır. Azərbaycanın yerləşdiyi regionda həm şimal istiqamətində, həm də cənubda müharibə və sanksiyalar altında olan dövlətlərin mövcudluğu Orta Dəhlizin, xüsusilə Azərbaycanın və Cənubi Qafqazın əhəmiyyətini daha da artırır.

“Son 9 il ərzində Orta Dəhliz üzrə artan yük dinamikasına uyğun olaraq infrastrukturun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Lakin bu layihələrin bir hissəsi hələ tam başa çatmamış yeni geosiyasi reallıqların meydana çıxması yük axınını daha da artırır. Bu isə həyata keçirilən tikinti və modernləşdirmə işlərinin daha sürətli və eyni zamanda, koordinasiyalı şəkildə aparılmasını zəruri edir. Proses təkcə Azərbaycandan asılı deyil. Regionun digər ölkələri dəhlizin inkişafında eyni tempdə iştirak etməlidir. Xüsusilə Xəzər komponenti burada həlledici rol oynayır. Gəmilərin sayının artırılması, daşımaların şaxələndirilməsi vacibdir. Lakin Xəzər dənizi qapalı su hövzəsidir və burada Volqa-Don kanalı kimi amillərdən asılılıq mövcuddur. Bundan əlavə, Xəzərin dayazlaşması kimi risklər də nəzərə alınmalıdır”, – deyə o vurğulayıb.

R.Ağamirzəyev bildirib ki, Azərbaycan bu riskləri öncədən nəzərə alaraq xarici asılılığı azaltmaq məqsədilə gəmiqayırma sənayesini inkişaf etdirib: “2013-cü ildə istifadəyə verilən gəmiqayırma zavodu həm ölkənin, həm də dost və tərəfdaş dövlətlərin ehtiyaclarını qarşılamaq üçün mühüm platformadır. Hazırda ümumilikdə ASKO-nun balansında 13 bərə, 2 Ro-Pax tipli və 2 Ro-Ro gəmi mövcuddur, həmçinin Türkmənistan istiqamətində də 2 Ro-Ro gəmi fəaliyyət göstərir. Bununla yanaşı, quru yük gəmiləri ayrıca seqment təşkil etsə də, xüsusilə dəmir yolu və avtomobil daşımaları üçün bərə və Ro-Ro tipli gəmilərin sayının artırılmasına ehtiyac qalır və bu istiqamətdə artıq konkret addımlar atılıb. Uzunmüddətli və sabit yük axınlarının formalaşması bu proseslərin sürətlənməsinə təkan verəcək. Regionda baş verən hadisələrdən əlavə, müqavilə əsaslı və davamlı yük axınlarının artması Orta Dəhlizin dayanıqlığını təmin edəcək. Bu isə gələcəkdə geosiyasi dəyişikliklər baş versə belə, yüklərin bu marşrutda qalmasına zəmanət yarada bilər”.

R.Ağamirzəyev qeyd edib ki, mövcud layihələr yeni reallıqlara uyğun şəkildə yenidən nəzərdən keçirilməli və daha operativ icra olunmalıdır. Eyni zamanda, daşınan yüklərin strukturunda da dəyişikliklər müşahidə olunur: Əvvəllər əsasən gübrə və neft məhsulları daşınırdısa, sonrakı mərhələdə konteyner daşımaları, avtomobil və digər yüklər ön plana çıxıb.

Ekspert diqqətə çatdırıb ki, Orta Dəhliz artıq yalnız Asiya–Avropa xətti ilə məhdudlaşmır: “Son aylarda Qazaxıstandan yüklərin Orta Dəhliz vasitəsilə Amerikaya göndərilməsi bu marşrutun şaxələndirilməsi istiqamətində yeni mərhələnin başladığını göstərir. Bu, dəhlizin okean aşırı istiqamətlərə çıxış potensialının da formalaşdığını təsdiqləyir. Marşrutun inkişafında Gürcüstanın Qara dəniz limanları, Bakı–Tbilisi–Qars dəmir yolu xətti və Zəngəzur dəhlizi mühüm rol oynayır. Xüsusilə TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin reallaşması yük axınlarının daha da artmasına şərait yaradacaq”.

R.Ağamirzəyev əlavə edib ki, Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Orta Dəhlizin əhəmiyyəti və Fars körfəzinə alternativ marşrutların aktuallığı xüsusi vurğulanıb. Türkiyə tərəfi də öz ərazisində dəmir yolu şəbəkəsini modernləşdirir, buraxılış qabiliyyətini 4 dəfə artırır və elektrikləşdirmə işləri aparır. Bu layihələrin yaxın 3 il ərzində tamamlanacağı gözlənilir.

Ekspert hesab edir ki, bütün bu addımlar Orta Dəhlizin gələcəkdə daha dayanıqlı, rəqabətədavamlı və geniş coğrafiyanı əhatə edən qlobal logistika marşrutuna çevrilməsinə zəmin yaradır.

Müxbir- Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO