“Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Azərbaycanın mədəniyyət nümunələrinə maraq böyükdür
Bakı, 6 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində təşkil olunan “Dostluq evi”ndə Azərbaycan pavilyonu yaradılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid nümayiş olunan ekspozisiyalar yarış iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanır.