Beynəlxalq pestisid forumunda 120-dən artıq ekspert iştirak edəcəkdir
Bakı, 5 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Beynəlxalq Pestisid Assosiasiyası (İHPA) tərəfindən Qəbələdə keçiriləcək 11-ci beynəlxalq pestisid forumunda davamlı üzvi çirkləndiricilər, təhlükəli kimyəvi tullantılar üzrə layihələrin icrasında maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradılacaqdır.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət daşıyan tədbir Niderland Krallığı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyi (UBA) tərəfindən də dəstəklənir.
Forumda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edəcəkdir. Bu isə ölkələr, ekspertlər, təşkilatlar arasında daha geniş informasiya mübadiləsinə və əməkdaşlığa imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]