Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Piyadalar Federasiyasının nümayəndəsi: WUF13-də “Piyada Səfirləri” proqramına start verəcəyik

Beynəlxalq Piyadalar Federasiyasının nümayəndəsi: WUF13-də “Piyada Səfirləri” proqramına start verəcəyik

Berlin, 12 may, AZƏRTAC

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) maraq və diqqət getdikcə artmaqdadır. Dünyanın müxtəlif ölkələrindən şəhərsalma, dayanıqlı nəqliyyat, sosial mənzil siyasəti və insan mərkəzli urbanizasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar, ekspertlər forumu müasir dövrün aktual mövzularının müzakirəsi baxımından mühüm qlobal platforma kimi qiymətləndirirlər. Beynəlxalq Piyadalar Federasiyası da WUF13-də iştirak edəcək qurumlar sırasındadır. Federasiyanın layihə koordinatoru Olena Kujim AZƏRTAC-a müsahibəsində Azərbaycanın şəhər inkişafı və mobillik sahəsində həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirərək, forum çərçivəsində müzakirə olunacaq məsələlər və gözləntiləri barədə fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Siz Bakıda keçiriləcək WUF13-ə dəvət olunmusunuz. Bu barədə nə deyə bilərsiniz?

- Bu, bizim üçün çox böyük əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, biz ötən il Azərbaycanda keçirilmiş Milli Şəhərsalma Forumuna da dəvət olunmuşduq, ölkənin şəhərlərin inkişafı və mobilliyin necə təşkil olunduğunu yenidən düşünmək istiqamətində nə qədər böyük işlər gördüyünü yaxından müşahidə etdik. Bilirik ki, Azərbaycan milli dayanıqlı nəqliyyat sistemi ilə bağlı fəaliyyət planı hazırlayıb. Ölkə tədricən avtomobil mərkəzli yanaşmadan insanyönümlü mobillik modelinə keçid edir. Bakının mərkəzində küçələrin piyada zonalarına çevrilməsi prosesi həyata keçirilir, velosiped infrastrukturu inkişaf etdirilir və ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar göstərir ki, Azərbaycan şəhərlərin gələcək inkişafını yenidən düşünmək istiqamətində ciddi və ardıcıl iş aparır. Məhz buna görə də biz WUF13-ü çox böyük həvəslə gözləyirik.

- Bu kontekstdə, Azərbaycanın WUF13-ə ev sahibliyi rolunu necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu tədbirin Azərbaycanda keçirilməsi son dərəcə mühümdür. Çünki Azərbaycan regionda yeni nəqliyyat infrastrukturunun inkişafı sahəsində, həqiqətən də, liderlik rolunu üzərinə götürür. Bu, sözügedən fəaliyyətə 50 il əvvəl deyil, məhz son onilliklərdə başlayan digər ölkələr üçün mükəmməl nümunə ola bilər. Heç vaxt gec olmadığını, nəzərəçarpacaq tərəqqiyə nail olmağın hər zaman mümkünlüyünü və mövcud vəziyyətin dəyişməz qalmadığını bilmək böyük ruh yüksəkliyi yaradır. Azərbaycanın şəhər inkişafının əvvəllər daha çox avtomobil mərkəzli olmasına baxmayaraq, hazırda hər şeyin mümkün olduğunu və hər zaman yaxşılığa doğru dəyişikliyin reallığını burada aydın görmək olar.

Biz, həmçinin bu forum çərçivəsində BMT ilə birlikdə yeni “Piyada Səfirləri” (Walking Ambassadors) proqramına start verəcəyik. Bu proqram vasitəsilə nəinki piyada təşkilatlarını, həm də fərdi fəalları öz şəhərlərində piyada əlçatanlığının yaxşılaşdırılması istiqamətində iş birliyinə dəvət edirik. Ümid edirik ki, bizim ilk pilot layihəmiz Azərbaycanda - Bakıda olacaq. Gözləntilərimiz, həqiqətən də, çox böyükdür.

- Bildiyiniz kimi, Azərbaycan işğaldan azad edilmiş ərazilərində böyük işlər görür, “Ağıllı şəhər”lər, “Ağıllı kənd”lər, yaşıl zonalar yaradılır. Bu barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, Azərbaycanın həmin ərazilərə yeni imkanlar gətirməsi, eyni zamanda, bütün resursları yalnız paytaxtda cəmləməyib, hazırda ən çox diqqətə, bərpa və yenidənqurmaya ehtiyacı olan ərazilərin qayğısına qalmağa çalışması çox mühümdür. Bu, təqdirəlayiq haldır. Biz Beynəlxalq Nəqliyyat Forumunda da məhz bu məsələdən - kiçik şəhərlərin, kənd yerlərinin və xüsusilə qlobal qeyri-sabitlikdən zərər çəkmiş ərazilərin qayğısına qalmağın vacibliyindən danışdıq. Çünki ən çox dəstəyə məhz həmin ərazilərin ehtiyacı var.

- WUF13-ün şəhərlərin daha yaşanılan olmasına hansı töhfələr verəcəyini gözləyirsiniz?

- Mən, həqiqətən, ümid edirəm ki, WUF13 zamanı sosial mənzil təminatı və insan mərkəzli mənzil siyasəti haqqında müzakirə etdiyimiz hər bir məqamı, - hansı ki, bunlar insan mərkəzli mobillik olmadan qeyri-mümkündür, - biz artıq tətbiq etməyə başlayacağıq. Eyni zamanda, şəhərlərimizi daha yaşanılan etmək üçün istifadə edə biləcəyimiz konkret planlar və mexanizmlər ətrafında müzakirələr müstəvisinə keçəcəyik. Çünki vaxtımız məhduddur. Biz artıq real işə başlamalıyıq.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümumdünya Ətraf Mühit Günü çərçivəsində ictimai iştiraka çağırış edilib

Avtonəqliyyat vasitələrinin satışı zamanı zəmanət öhdəliklərinə əməl etməyən sahibkarlara tövsiyələr verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

CENTCOM 10 Asiya ölkəsi ilə hərbi təlimlər keçirəcək

Rəis müavini: 190 nəfər şəxsi heyət və 40-a yaxın texnika Lökbatanda yanğın yerinə cəlb olunub

Türkdilli ölkələrin çempionatında çıxış edəcək Azərbaycan şahmatçıları bəlli olub

Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımaları həyata keçirəcək gəminin qarşılanması olub

Pakistan XİN ABŞ mediasının İran təyyarəsi ilə bağlı xəbərlərini təkzib edib

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

ADMİU-nun kafedra müdiri: Azərbaycanda muzeyşünaslıq artıq elmi istiqamət kimi formalaşıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcək

Mateuş Koxalski: “Qarabağ”a çox şey borcluyam, amma təklif gəlsə, ciddi şəkildə nəzərdən keçirəcəyəm - MÜSAHİBƏ

Səudiyyə Ərəbistanı Qırmızı dəniz marşrutu ilə gündəlik neft ixracını azı 5 milyon barelə çatdıracaq

“Nikkei”: Panama kanalı ilə neft daşınması 74 faiz artıb

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

Yol polisi: Piyadaların üzərinə düşən vəzifə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməkdir

Dünya birjalarında neft bahalaşıb

Qərbi Kaspi Universiteti beynəlxalq akkreditasiya və elmi-tədqiqat göstəriciləri üzrə mühüm uğurlara imza atıb

Lökbatanda baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir - YENİLƏNİB 6 VİDEO

Lökbatanda baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir - YENİLƏNİB 6 VİDEO

Azərbaycan nefti 110 dollara satılıb

Qazaxıstanda reaktiv qumbaraatan və azı 60 silah müsadirə olunub

NBA: Qərb Konfransında ilk finalçı bəlli olub

Azərbaycanın müasir şəhərsalma modelinin müəllifi Ulu Öndər Heydər Əliyevdir - ŞƏRH

Beynəlxalq Piyadalar Federasiyasının nümayəndəsi: WUF13-də “Piyada Səfirləri” proqramına start verəcəyik

Azərbaycan üzgüçülüyündə yeni rekord qeydə alınıb

ABŞ alimləri: Milli Elmi Şuranın ləğvi Çinlə elmi-texniki rəqabətə zərər verir

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

ADPU-da intellektual festival: “BrainXfest”

UEFA avrokubokların final oyunlarına hakim təyinatlarını açıqlayıb

Naxçıvanda sertifikatlaşdırma imtahanında müəllimlərin 41 faizi yüksək nəticə göstərib

Amerikalı ekspert: WUF Azərbaycanın qlobal auditoriyaya ev sahibliyi etməsi üçün daha bir fürsətdir

Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub VİDEO

Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub VİDEO

Rob Sobhani: Bakının WUF-a ev sahibliyi etməsi Azərbaycanın artıq tanınmış qlobal oyunçu olduğunun sübutudur

Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

Paytaxtda 14 istiqamət üzrə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi

Media: Hindistan xaricdə saxlanılan qızıl ehtiyatlarını sürətlə ölkəyə qaytarır

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

DİN: Qaradağda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar

Qalibaf: İranın ABŞ-yə təqdim etdiyi münaqişənin həlli planının alternativi yoxdur

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər

Rodrigez: ABŞ ilə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır

Kreml ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

Fransada Luvr muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

Boliviyanın keçmiş prezidenti barəsində həbs qərarı çıxarılıb

Nitsa şəhərində silahlı hücum nəticəsində azı iki nəfər ölüb

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

Tramp İranla bağlı mümkün hərbi addımları müzakirə edəcək

Bakıda özbək ədəbiyyatına dair mühüm tədqiqat əsəri nəşr olunub

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

Livanın Baş naziri: İsrail ordusu ölkənin cənubunda 68 kəndə nəzarət edir

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Həmidə Rüstəmova: “Qırxdan sonra…” filmi qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salır

Gənc startapçı: Qlobal texnologiya ekosistemində platformaəsaslı yanaşma ön plana çıxıb - MÜSAHİBƏ

Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri Avropa çempionatının finalında

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan tatarları faşizm üzərində Qələbənin ildönümünü qeyd ediblər

WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

Kayseri şəhərində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər

Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub

Tramp: İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Bu saata olan əsas xəbərlər

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Türkiyəli ekspert WUF13-ün əhəmiyyəti haqqında : Bəşəriyyət şəhərlərin inkişafı yolu ilə öz gələcəyini qurur

Azərbaycan idmançıları “Khan Fight 6” beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar

Azərbaycan-Aİ münasibətləri: reallıq manipulyasiyadan güclüdür - ŞƏRH

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib

Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb

Şərqi Zəngəzurda həyata keçirilən bərpa modeli dünya şəhərsalma təcrübəsinə yeni yanaşma gətirir - ŞƏRH

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək

"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Qazaxıstandakı Turqay geoglifləri dünyanın ən qədim abidələrindən biri hesab oluna bilər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti - ŞƏRH

Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib

İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb

Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb