Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsirləri qətlə yetirən Ermənistanı qınamayıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsirləri qətlə yetirən Ermənistanı qınamayıb

Bakı, 30 avqust, AZƏRTAC

Böyük dövlətlər və beynəlxalq təşkilatların uzun müddətdir davam edən ikili standartları təəssüf hissi yaradır. Onların prinsipləri və çağırışları humanizmə, insan haqlarına, demokratiyaya əsaslanırdı. Məhz bu səbəbdən Azərbaycan müstəqilliyin ilk dövrlərində BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların öz vəzifəsini layiqincə yerinə yetirəcəyinə inanırdı. Lakin biz real həyatda tamamilə bunun əksini gördük.

Bunu AZƏRTAC-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli deyib.

O qeyd edib ki, Qarabağ məsələsində BMT-nin qətnamələrinin yerinə yetirilməməsi beynəlxalq təşkilatlara olan inamı birdəfəlik sarsıdıb.

İctimai Birliyin sədri Qarabağda baş verən problemlərə böyük dünya dövlətlərinin və beynəlxalq təşkilatların biganə qaldığını vurğulayıb: “Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 3 min 171-i hərbçi, 719-u mülki şəxsdir. Mülki şəxslər içərisindən 71-i uşaq, 267-si qadın, 326-sı yaşlı insanlar olub. Ermənistan tərəfinin əsir götürdüyü azərbaycanlı girovlarla davranışı, onları işgəncələrə məruz qoyaraq qətlə yetirməsini heç bir təşkilat qınamayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məsələyə səssiz qalmasını xüsusilə vurğulamaq istərdim. Ən ağır cinayətlər, soyqırımları törədən Serj Sarkisyan, Robert Köçəryan kimi qatillər Ermənistanda prezident oldular və BMT baş verən bu prosesləri qəbul etdi. Əli qanlı terrorçular Avropa Şurasında diplomat kimi qəbul edildilər. Beynəlxalq Qırmızı Xaç Komitəsi 4 minə yaxın əsirlikdə olan azərbaycanlının işgəncəyə məruz qalaraq öldürülməsi əmrini verənlərin prezident olmasını qınamadı. Həmin faktlar Azərbaycanın beynəlxalq təşkilatlara təqdim etdiyi video və fotolar vasitəsilə təsdiq olunub.

“Bunun əksinə olaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanın əsir götürdüyü erməni hərbçilərinə göstərdiyi humanist münasibət bütün dünya üçün nümunə olmalıdır. Hətta müharibə zamanı Azərbaycan əsgərlərinin yaşlı erməniləri öz evlərinə aparması ictimaiyyətə yayılan videogörüntülərlə sübut edilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) səssizliyinə arxalanan Ermənistan isə Xocalıda dinc əhaliyə qarşı törətdiyi vandalizmi Qarabağ savaşında davam etdirdi. Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə yaşayan mülki əhaliyə divan tutdu. Təəssüflər olsun ki, bu erməni vəhşiliyinin son nümunəsi olmadı. İmzalanan üçtərəfli birgə Bəyanatdan sonra Naxçıvan tərəfdən iki hərbçimizin əsir düşməsi və onların geri qaytarılmaması prosesin davam etdiyini göstərir. Prinsiplərin humanizmə, insan haqlarına əsaslandığını bildirən BQXK əsirlərin geri qaytarılması istiqamətində heç bir addım atmadı. Xocalının Meşəli kəndində komitənin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyanın dəstəsi bölgədə yaşayan 28 nəfəri vəhşicəsinə qətlə yetirib, 14 nəfəri yaralayıb. Buraya “humanist” BQXK barədə sözlərin bitdiyi yer demək olar. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçilərinin kütləvi məzarlıqlarını aşkar edir. Onlar gətirilib öz vətənlərində layiqincə dəfn olunur. Şuşanın Daşaltı kəndində şəhid olanların qalıqları 31 il sonra Vətən torpağına tapşırılıb. Bununla belə hələ də aqibətindən xəbər olunmayan minlərlə hərbçi var. Lakin komitənin ermənipərəst mövqeyi məsələnin həllini olduqca çətinləşdirir”, - deyə Emin Həsənli söyləyib.

Onun sözlərinə görə, hazırda dünyada beynəlxalq təşkilatların nüfuzu itib. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada çağırışları zamanı sözügedən təşkilatları köklü islahatlar aparmağa çağırıb. BMT, Avropa İttifaqı və digər bir çox təşkilatlarda ciddi dəyişikliklər olmalıdır. Onlar prinsiplərini dəyişməli, vəd etdikləri humanizmi tətbiq etməlidirlər. Əks təqdirdə dünya daha böhranlı vəziyyətə düçar olacaq. Prezident İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini tam şəkildə yerinə yetirən yeganə tarixi şəxsiyyətdir. Ali Baş Komandanımız Azərbaycanın ərazi bütövlüyünü təmin edib və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanatın şərtlərinin icrası istiqamətində sistemli addımlar atır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub