BEYNƏLXALQ QROSSMEYSTER VÜQAR HƏŞİMOV FİDE-NİN QRAN-PRİ TURNİRİNDƏ 3-CÜ YERDƏDİR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş FİDE-nin Qran-Pri turnirinin 11-ci turunda Azərbaycan şahmatçıları görüşlərini “sülh”lə başa vurmuşlar.
Sergey Karyagin-Teymur Rəcəbov qarşılaşmasında siciliya müdafiəsi oynanılmışdır. Qara fiqurlarla mübarizə aparan həmyerlimiz mittelşpildə rəqibinə hücum şansı versə də, sonrakı dəqiq gedişlərlə oyunu sadələşdirmiş və şahmatçılar heç-heçəyə razılaşmışlar.
Şəhriyar Məmmədyarov isə Maykl Adamsı fransız müdafiəsində sınamağı qərara almışdır. Ancaq rəqiblərin heç biri oyun zamanı fəallıq göstərməmiş və xalları yarı bölməklə kifayətlənmişlər.
Turnir boyu inamlı oyun nümayiş etdirən Vüqar Həşimov David Navaraya qarşı siciliya müdafiəsi seçmişdi. Gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan şahmatçısı partiyanın sonunda əldə etdiyi mövqe üstünlüyündən yararlana bilməmiş, nəticədə rəqiblər “sülh”ə imza atmışlar.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: E.Bakro-E.İnarkiev - 0:1, Vanq Yu-P.Svidler - 1:0, A.Qrişuk-M.Karlsen - 0.5:0.5, İ.Çeparinov-Q.Kamski - 0.5:0.5
On birinci turdan sonra A.Qrişuk və Vanq Yu 7 xalla 1-2-ci yerləri bölüşürlər. Vüqar Həşimov 6,5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]