BEYNƏLXALQ TELEFON TRAFİKİNİN HƏCMİNƏ GÖRƏ ÖLKƏMİZ MDB ÖLKƏLƏRİ ARASINDA İKİNCİ YERDƏDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ilin birinci yarısında beynəlxalq telefon trafikinin nisbi həcminə görə Azərbaycan MDB ölkələri arasında Belarusdan sonra ikinci yerdədir.
Həmin müddətdə beynəlxalq giriş trafikinin həcmi 130 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 38,55 milyon dəqiqə təşkil etmişdir.