BEYNƏLXALQ TURNİRDƏ UĞUR QAZANMIŞ OĞUZLU İDMANÇILAR MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, Oğuz Rayon İcra Hakimiyyətində aprelin əvvəllərində Bakıda ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə “Qızıl əlcək” kuboku uğrunda beynəlxalq turnirdə uğur qazanmış idmançıların mükafatlandırılması mərasimi olmuşdur.
Türkiyə, Rusiya, İran və digər ölkələrin idmançılarının iştirak etdikləri bu turnirə 10 kikboksinqçi ilə qatılan Oğuz idmançıları üç qızıl və bir gümüş medal qazanmışlar.
Rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov qazandıqları qələbə münasibətilə idmançıları təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.
Görüşün sonunda beynəlxalq turnirin qalibləri Toğrul Osmanov, Vidadi Nəsirov və Qalib Beydullayevə, habelə yarışda ikinci yeri tutmuş Sərxan Nəbiyev və məşqçi İsmayıl Əsədova qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]