BEYNƏLXALQ VELOSİPED YÜRÜŞÜNÜN İŞTİRAKÇILARI ŞAMAXIDAN BAKIYA YOLA DÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, “İpək yolu”nda velosiped turu” layihəsinin iştirakçıları avqustun 25-də səhər tezdən Şamaxının Olimpiya mərkəzinin qarşısından Azərbaycanın paytaxtı - Bakı istiqamətində yola düşmüşlər. İki gün Şamaxıda istirahət edən qonaqlar üçün kütləvi konsert proqramı göstərilmiş, onlara yüksək qonaqpərvərlik göstərilmişdir.
Avqustun 22-də Gürcüstandan Azərbaycan ərazisinə daxil olmuş yürüş iştirakçılarına velosipedçilərimiz də qoşulmuş və Balakən-Şəki-Qəbələ-Şamaxı-Bakı istiqamətində hərəkətə başlamışlar. Rayonlarda yürüş iştirakçıları xalqımıza məxsus qonaqpərvərliklə, mehribanlıqla qarşılanmış, tarix və mədəniyyət abidələri ilə, görməli yerlərlə yaxından tanış olmuşlar.
Xatırladaq ki, avqustun əvvəlində Türkiyənin İstanbul şəhərindən start götürən və dünyanın müxtəlif ölkələrindən olan 45 velosipedçinin qatıldığı yürüş bu il noyabrın 18-də Pekin şəhərində başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]