BEYNƏLXALQ VELOSİPED YÜRÜŞÜNÜN İŞTİRAKÇILARI ŞƏKİDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, “Tour d Afrique Limited” şirkəti tərəfindən həyata keçirilən “İpək yolu”nda velosiped turu” layihəsinin iştirakçıları avqustun 22-də Gürcüstan ərazisindən keçərək Laqodexi-Balakən sərhəd məntəqəsindən Azərbaycana daxil olmuşlar. Avqustun əvvəlində Türkiyənin İstanbul şəhərindən start götürən və dünyanın müxtəlif ölkələrindən olan 45 velosipedçinin qatıldığı velo-tur iştirakçılarının 2007-ci il noyabrın 18-də Pekin şəhərində yürüşü başa çatdırmaları nəzərdə tutulur.
Balakən sərhəd-keçid məntəqəsində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri yürüş iştirakçılarını musiqi sədaları altında, mehribanlıqla, duz-çörəklə qarşılamışlar. Qonaqlar səmimi qəbula və xoş münasibətə görə rayon sakinlərinə minnətdarlıqlarını bildirmiş, Azərbaycanla ilk tanışlıqlarının onlarda xoş təəssürat yaratdığını nəzərə çatdırmışlar.
Yürüş iştirakçıları daha sonra Zaqatala və Qax rayonları ərazisindən keçərək Şəkiyə gəlmişlər. Şəkinin “Dörd yol” adlanan ərazisində benəlxalq velosiped yürüşünün iştirakçıları şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən mehribanlıqla qarşılanmış, milli geyimli qızlar qonaqlara şərbət paylamışlar.
XVIII əsrə aid memarlıq abidəsi olan Yuxarı Karvansarayda qonaq qalan yürüş iştirakçıları qısa istirahətdən sonra Şəkinin qədim tarix və mədəniyyət abidələri ilə, görməli yerləri ilə yaxından tanış olmuş, şəhəri gəzmişlər.
Yürüş iştirakçıları avqustun 23-də Şəkidən Qəbələyə yola düşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]