Beyrutdan Parisə uçan təyyarə Münxen Hava Limanına məcburi eniş edib
Berlin, 5 yanvar, AZƏRTAC
Beyrutdan Parisə uçan “Air France” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıqla əlaqədar Münxen Hava Limanına məcburi eniş edib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, “Airbus A330-200” tipli təyyarə aeroporta təhlükəsiz şəkildə enib və sərnişinlər hava gəmisini tərk ediblər.
Təyyarə Almaniya səmasında 12 kilometr hündürlükdə olarkən heyət beynəlxalq fövqəladə vəziyyət siqnalı ötürüb. Bundan sonra hava hərəkətinə nəzarət xidməti reysin Münxenə yönləndirilməsi üçün dərhal müvafiq marşrutu təmin edib. Hadisənin konkret səbəbi açıqlanmasa da, ilkin məlumatlara görə ekipaj texniki problemin olması barədə məlumat verib.
Hazırda Münxendə sərt şaxtalı hava şəraiti hökm sürür.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]