Bəzi yerlərdə qar yağır, duman müşahidə olunur – FAKTİKİ HAVA
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qar yağır.
Qarın hündürlüyü Şahbuzda 37, Kişçayda (Şəki) 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq, Qrızda 24, Daşkəsəndə 22, Kəlbəcərdə 21, Qusar, Gədəbəydə 18, Laçın, Şahdağ, Qubadlıda 16, Sarıbaşda (Qax) 15, Şuşada 12, Xaltanda 11, Göygöl, Xankəndidə 10, Xocalı, Xızı, Lerik, Qubada 7, Füzulidə 6, İsmayıllıda 5, Tərtər, Oğuz, Qəbələdə 4, Qobustanda 1 santimetrdir.
Düşən yağıntının miqdarı Lənkəranda 12, Astarada 11, Tovuzda 10, Gəncədə 8, Ağstafa, Balakən, Bərdə, Mingəçevir, Naftalan, Goranboy, Şəmkir, Göyçay, Ağdam, Naxçıvan, Yevlax, Şamaxı, Zərdab, Ceyrançöl, Culfada 5 millimetrdir.
Daşkəsən, Göygöl, Gəncə, Qax, Şəki, Qusar, Xaltan, Lerik, Naftalan, Şəmkir, Balakən, Göyçay, Şamaxıda duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
- 05.08.2026 [17:01]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub
- 05.08.2026 [15:51]