Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bi-Bi-Si Rus Xidmətinin əyri eynəyi

Bakı, 16 noyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Bi-Bi-Si Rus Xidmətinin saytında dərc edilmiş “Qələbə vitrini. Müharibədən iki il sonra Qarabağda həyat necədir” sərlövhəli məqalədə (bax: https://sova.news/2022/11/10/vitrina-pobedy-kak-zhivet-karabah-cherez-dva-goda-posle-vojny/) Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirdiyi proqram qeyri-konstruktiv şəkildə tənqid edilir. Məqalənin müxtəlif abzaslarında, cümlələrində, hətta ayrı-ayrı sözlərində həqiqət təhrif edilir, ermənilərin işğal dövründə törətdiyi fəlakətli dağıntıların aradan qaldırılması, cansız məkanlara və “Marsın səthinə” çevrilmiş ərazilərin bərpası üçün həm Azərbaycan hökuməti, həm də ölkənin hər bir sakini tərəfindən göstərilən səylər heçə endirilir. Bu məsələnin nə qədər çətin olduğunu anlamaq üçün böyük müdriklik tələb olunmur. Bütün ərazini ölümsaçan minalardan təmizləmək, otuz il bundan əvvəl oradan qovulmuş sakinlərin bu gün başdan-başa “Karfagen”ə bənzəyən (və ya Ağdam haqqında deyilən kimi - “Qafqazın Xirosiması”na çevrilmiş) yerlərə qayıtmalarına imkan verən minimal infrastruktur və iş yerləri yaratmaq üçün nə qədər vaxt lazım gələcəyi barədə ehtimal söyləmək də çətindir.

Məqalənin ana xətti belə bir fikirdən ibarətdir ki, keçmiş məcburi köçkünlər guya oraya qayıtmaq “istəmirlər” və guya bu ərazilərdə sosial xidmətlər “yoxdur”. Aşkardır ki, müəllif tamamilə darmadağın edilmiş ərazilərə qayıtmış dövlətin üzləşdiyi çətinliklərin miqyasını, həmçinin indi həmin dövlətin həll etməli olduğu məsələlərin həcmini təsəvvür etmir.

Müəllif yazır ki, “illər boyu doğma torpaqlara qayıtmağı arzu edən insanlar hələ də məcburi köçkünlər üçün ümumi yataqxanalarda qalırlar - köçüb gedəsi yer yoxdur”. Bu fikri müəllifin faktları bilməməsi ilə izah etmək olar: keçmiş məcburi köçkünlər üçün ümumi yataqxanalar çoxdan yoxdur, bu insanların hamısı ayrıca mənzillərə köçürülüb. Onların demək olar ki, hamısı doğma yurdlarına qayıtmağı arzu edir, lakin bunu bir-iki il ərzində etmək qeyri-mümkündür, səbəbi də hamıya məlumdur - bu torpaqlar başdan-başa viran qoyulub. Əvvəlcə, infrastruktur yaratmaq, sonra evlər tikmək və insanları köçürmək lazımdır. Bu məqsədlə aeroportlar, yollar, yardımçı elektrik stansiyaları tikilir, su kəmərləri çəkilir. Müəllif yazır ki, ANAMA agentliyi tərəfindən bu ərazilərin minalardan tam təmizlənməsinə illər lazımdır. Görəsən, həmin müəllif keçmiş məcburi köçkünlərin hər tərəfdə minalar basdırılmış xarabalıqlara kütləvi şəkildə qaytarılmasını necə təsəvvür edir?! O, həmin ərazilərdə iş yerləri yaradılmadan orada yaşamağı necə təsəvvür edir? Təbii ki, əvvəlcə infrastruktur obyektləri, heç olmasa müəyyən istehsal sahələri, məktəblər və tibb ocaqları yaradılmalıdır və yalnız bundan sonra tədricən insanların doğma yurdlarına qaytarılmasına başlamaq olar.

Bütün işlər kompleks şəkildə həyata keçirilməlidir. Bir qadının ölümündən bəhs edilən epizodda müəllif faktiki olaraq özünün dediklərini inkar edir. O, əvvəlcə hakimiyyət orqanlarını suçlayır ki, burada evlər tikmək əvəzinə aeroportlar, məscidlər və başqa binalar ucaldılır, amma oradaca Ağalı kəndinə qayıtmış insanların sosial təminatı ilə bağlı çətinliklər barədə yazır. Yəni, bu işlərin eyni vaxtda görülməsinin nə dərəcədə çətin olduğunu müəllif özü də görür. Hər şeyi dərhal etmək mümkün deyil - xüsusən barbarların qoyub getdiyi vəziyyətdə. Aydın məsələdir ki, evlər tikilmədən keçmiş məcburi köçkünlər buraya qaytarılmayacaq - axı yaşamaq üçün yer lazımdır! Həmçinin iş yerləri, infrastruktur və sosial obyektlər yaradılmadan insanlar oraya köçürülməyəcək. Üçüncü tərəfdən, hətta bu sadalananların hamısı yaradılmış olsa belə, ətraf başdan-başa minalanıbsa və onların təmizlənməsinə 10-15 il vaxt lazımdırsa, insanlar necə qayıtsınlar, yaşamağa, işləməyə, oxumağa, müalicə olunmağa, məscidlərdə dua etməyə necə başlasınlar?

Müəllif öz gözləri ilə gördüklərinə əsasən hər şeyin nə dərəcədə qarşılıqlı əlaqəli olduğunu bilə-bilə reallığı təhrif edir. Guya keçmiş məcburi köçkünlər “qayıtmaq istəmirlər”. Keçmiş məcburi köçkünlər 30 il öz yurdlarına qayıtmağı arzu ediblər və indi onlar qayıdacaqları günü səbirsizliklə gözləyirlər, ağıllı Ağalı kəndinin sakinləri kimi. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub və Böyük Qayıdış üçün şərait yaranıb.

O ki qaldı, müəllifin ermənilər tərəfindən tərk edilmiş Böyük Tağlar kəndində üzləşdiyi səfalət və dağıntıya, kimin təqsiridir ki, separatizmin hökm sürdüyü 30 il ərzində İrəvanın Qarabağ marionetləri burada yaşamaq üçün elementar şərait yaratmayıblar. Bəli, Qarabağ iqtisadi rayonunda rusiyalı sülhməramlılar kontingentinin müvəqqəti yerləşdiyi ərazidə erməni kəndlərinin miskin və səfil vəziyyəti danılmaz faktdır. Bunun səbəbini Qorbaçov “yenidənqurma”sının sonunda öz xalqını aldadanlardan və onlara separatizm infeksiyasını yoluxduranlardan soruşmaq lazımdır. Məscidlər, məbədlər murdarlanıb, onların divarlarına ağzına gələni yazıblar. Məsələn, məbədlərdən birinin divarında “Slavik + Anjela = Lyubov” sözləri yazılıb. Budur tarixi abidəyə erməni münasibəti!

Bu, bir həqiqətdir ki, Azərbaycan xalqı bəlkə də dünyada heç kəsin qarşılaşmadığı hədsiz mürəkkəb bir məsələ ilə üzləşib. Prezident İlham Əliyevin bu günlərdə dediyi kimi, erməni vandallar tərəfindən dağıdılmış ərazini ölkəmiz özü bərpa edir, kənardan kömək istəmir.

Kömək göstərmirsiniz - lazım da deyil! Özümüz bacararıq. Amma heç olmasa erməni işğalçıların qoyub getdiyi “Avgi tövlələri”ni təkbaşına təmizləməli olan ölkəyə və onun xalqına rəğbətlə yanaşın. Qoy, heç kəs şübhə etməsin ki, Azərbaycan bu məsələnin öhdəsindən şərəflə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası