“Bibiheybətneft” neft və qazçıxarma idarəsinin mədən ərazisində İtaliyadan gətirilmiş şam ağacları əkilir
Bakı, 16 may, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Azneft” İstehsalat Birliyi tərəfindən “Bibiheybətneft” neft və qazçıxarma idarəsinin mədən ərazisində İtaliyadan gətirilmiş 2 min 500 ədəd şam ağacının əkilməsinə start verilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, hazırda işlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq, mayın 16-da “Ekol Mühəndislik Xidmətləri” QSC-də keçirilən növbəti iməcilik müəssisənin kollektivinin çoxsaylı nümayəndələrinin iştirakı ilə bütün xidmət sahələrini əhatə edib. İməcilikdə yaşıllıqlara mövsümü qulluq göstərilib, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb. Təmizləyici qurğuların ətrafındakı sahələr alaq otlarından təmizlənib və tullantılar sahələrdən kənarlaşdırılıb.