Biləsuvarda həvəskar velosipedçilər arasında yarış təşkil olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Biləsuvarda həvəskar velosipedçilər arasında yarış keçirilib. Biləsuvar Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 150-yə yaxın velosipedçi iştirak edib.
AZƏRTAC xəbər verir ki, start və finiş xətti Heydər Əliyev prospektində olan yarışda velosipedçilər 16,5 kilometr məsafə qət ediblər.
Fərqlənən idmançılar Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və AzVİF-in baş katibi Fərhad Əliyev tərəfindən medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.