Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİLƏSUVARDA MÜASİR KONSERV ZAVODU İŞƏ SALINMIŞDIR

BİLƏSUVARDA MÜASİR KONSERV ZAVODU İŞƏ SALINMIŞDIR

Biləsuvar, 29 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvara səfəri çərçivəsində “Azərsun” Holdinqin “Natural Green Land” kənd təssərrüfatı müəssisəsinin və konserv zavodunun açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlətimizin başçısını həratələ qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, son illərdə Biləsuvarda da yeni müəssisə, zavod və fabriklərin istifadəyə verilməsi davamlı xarakter almışdır. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətə davamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir. “Azərsun” Holdinqin “Natural Green Land” kənd təsərrüfatı müəssisəsi və konserv zavodu da bu qəbildəndir. Zavod İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və “Azərsun” Holdinqin vəsaiti hesabına inşa edilmişdir. Müəssisənin 3450 hektar əkin sahəsi vardır ki, onun da 2839 hektarı suvarılan sahələrdir. Müəssisədə 250 nəfər işlə təmin olunmuşdur. Lakin mövsümlə əlaqədər 2500-ə yaxın işçi qəbul edilir. Əkilən torpaq sahələri əvvəllər örüş yeri kimi istifadə edilsə də, indi əraziyə drenaj kanalları çəkilmiş, müasir suvarma sistemi yaradılmış və əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Suvarma avadanlığı xarici dövlətlərin aparıcı şirkətləri tərəfindən hazırlanmışdır.

Sahələrdə əsasən müxtəlif növ tərəvəz məhsulları yetişdirilir. Bu sahələrdə yetirişdirilən məhsullar konserv zavoduna ötürülür. Zavodun ümumi ərazisi 19 min kvadratmetrdir. Burada 600 nəfər işlə təmin edilmişdir. Müəssisədə Türkiyə, Almaniya və İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılmışdır.

Bu il 99,6 hektar ərazidə 50 minə yaxın nar, 5,8 hektar ərazidə 3 minə yaxın heyva ağacının əkilməsi planlaşdırılmışdır. Əkin sahələrini becərmək üçün müəssisə müasir texnika ilə tam təmin olunmuşdur.

Müəssisənin inzibati binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun” Holdinqin müəssisələrdə olmasından bəhs edən fotolardan ibarət guşə yaradılmışdır.

İstehsal sahələri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada yüksək səviyyəli məhsul almaq üçün bütün şərait yaradılmışdır. Zavodda iki yaşıl noxud istehsalı, bir tomat pastası və bir turşu istehsalı xətləri vardır. Müəssisənin illik gücü 60 min tona bərabərdir. Burada məhsulların saxlanılması və inkubasiyası üçün 3 anbar da vardır. Onların ümumi sahəsi 7200 kvadratmetrdir. Hər birində 3000 ton məhsul saxlamaq mümkündür.

Prezidentin diqqətinə çatdırıldı ki, iş vaxtı əmək təhlükəsizliyi məsələsinə də xüsusi önəm verilir və bu məsələ daim diqqətdə saxlanılır. Müəssisədə əsasən peşəkar kadrların işləməsinə üstünlük verilir. Bundan başqa, xaricdən dəvət olunan mütəxəssislər yerli kadrlara kurslar keçir.

Ümumilikdə 31 çeşiddə tomat pastası, 45 çeşiddə turşu, 20 çeşiddə yaşıl noxud, 5 çeşiddə qarnir və 9 çeşiddə müxtəlif tərəvəz konservləri istehsal edilir. Burada istehsal edilən məhsullar ekoloji saflığı və keyfiyyəti ilə seçilir və onlara əlavə konservat qatılmır. Zavodun laboratoriyalarındakı müasir avadanlıq məhsulun keyfiyyətini dəqiq yoxlamağa imkan verir. Zavodun məhsulları daxili bazarla yanaşı, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac edilir.

Prezident İlham Əliyev müəssisənin əkin sahələrində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, müəssisədə yüksək məhsuldarlıq əldə etmək üçün şoran torpaqların yararlı vəziyyətə gətirilməsi üçün bir sıra tədbirlər görülür.

Dövlətimizin başçısı müəssisədə istifadə olunan müasir kənd təsərrüfatı texnikalarına da baxdı.

Prezident İlham ƏLİYEV müəssisənin kollektivi ilə görüşərək dedi:

-Əziz dostlar, sizi bu gözəl müəssisənin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Biləsuvar konserv zavodu deyə bilərəm ki, Azərbaycanda son illər ərzində bu sahədə yaradılan müəssisələrin içərisində həm böyüklüyü ilə fərqlənir, həm də ki, burada ən müasir avadanlıq quraşdırılıbdır. Texnoloji proses də yüksək səviyyədədir. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində çox önəmli bir addım olacaqdır.

Azərbaycanda kənd təsərrüfatının inkişafı işinə çox böyük diqqət göstərilir, böyük tədbirlər görülür. Aqrolizinq, aqroservislər yaradılıbdır, fermerlərə subsidiyalar verilir, dövlət tərəfindən kreditlər ayrılır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə hər il 100 milyon manat dəyərində, ondan da çox həcmdə kreditlər verilir və bu proses artıq bir neçə ildir ki, davam edir. Bunun hesabına Azərbaycanın müxtəlif bölgələrində yeni emal müəssisələri, sənaye kompleksləri yaradılır. Bir sözlə, Azərbaycanın uğurlu inkişafı, şaxələndirmə siyasətimiz, əlbəttə, bizim üçün bu imkanları yaradır ki, investorlar da böyük həvəslə investisiyaları qoyurlar.

Biləsuvar konserv zavodunun fəaliyyəti çoxşaxəlidir. Burada təkcə emal prosesindən söhbət getmir, eyni zamanda, əvvəllər yararsız vəziyyətdə olan 3 min hektardan çox torpaqlar artıq istismara verilibdir. Suvarma tədbirləri ən yüksək səviyyədə keçirilir. Bu gün həm zavodun fəaliyyəti ilə tanış olarkən, eyni zamanda, tarlalarda olarkən gördüm ki, doğrudan da bu, çox nəhəng bir müəssisədir.

Ətraf rayonlarda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları da bu zavoda təhvil veriləcək, beləliklə, fermerlər bundan əlavə mənfəət götürəcəklər. Biləsuvar rayonunun zəhmətkeşləri də, əminəm ki, zavodun imkanlarından geniş istifadə edəcəklər. Beləliklə, həm iş yerləri yaradılacaq, həm zavodda, həm də tarlalarda işləyəcəklər. Yerli istehsal güclənəcək, idxaldan asılılığımız azalacaqdır. Dövlətə, dövlət büdcəsinə daha da çox vergilər daxil olunacaqdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün daha da gözəl şərait yaradılacaqdır. Bax, bu zavodun yaranmasının əhəmiyyəti məhz bundadır.

Biz çox istəyirik ki, ölkəmizin bütün bölgələri inkişaf etsin. Bunu etmək üçün bütün tədbirlər görülür. Yollar, elektrik stansiyaları, qazlaşdırma, su xətləri - əgər bu infrastruktur layihələri olmasaydı, Azərbaycanda bölgələrin inkişafı ümumiyyətlə mümkün olmazdı. Sahibkarlara verilən dəstək, yerli və xarici investorların Azərbaycana həvəslə sərmayə qoyması prosesinin gücləndirilməsi məsələləri də həll olunur. Azərbaycanda investisiyalar üçün bütün şərait vardır, investisiyalar dövlət tərəfindən qorunur. Yerli investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları həcm baxımından üstələyir. Keçən il Azərbaycana 10 milyard dollar dəyərində sərmayə qoyulubdur. Biz istəyirik ki, bu sərmayənin əsas hissəsi qeyri-neft sektoruna qoyulsun. Bu zavodun tikintisi həm özəl sektorun fəaliyyəti nəticəsində, eyni zamanda, dövlət tərəfindən görülən işlər, kreditlər hesabına mümkün olmuşdur.

Mən şübhə etmirəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır. “Azərsun Holdinq”in bu günə qədər gördüyü işlər, onların hamısı uğurlu olmuşdur. Azərbaycanın hərtərəfli inkişafı üçün böyük investisiyalar qoyulmuşdur. Bu gün zavoda daxil olarkən, asılan fotoşəkillərə baxarkən bir daha o əvvəlki illərdə iştirak etdiyim açılışları xatırladım. İmişli şəkər zavodunun tikintisi demək olar ki, Azərbaycanda yeni sənayenin başlanmasına gətirib çıxardı. Bu gün biz artıq nəinki şəkəri idxal etmirik, ixrac edirik. Xaçmaz rayonunda 2003-cü ildə, deyə bilərəm ki, bu sahədə birinci böyük müasir müəssisə yaradılmışdır - Qafqaz konserv zavodu. Ümid edirəm ki, “Azərsun Holdinq” gələcəkdə Lənkəranda, Biləsuvarda, Bakıda öz fəaliyyətini genişləndirəcəkdir. Həm öz imkanlarını genişləndirəcək, eyni zamanda, ölkəmizə qoyulan investisiyaların həcmi artacaq, yeni iş yerləri, yeni sənaye müəssisələri, yeni istehsal sahələri yaradılacaqdır. Biz görürük ki, bir sahədə, bir istiqamətdə atılan addım digər istiqamətləri də stimullaşdırır. Zavodun fəaliyyəti nəticəsində minlərlə hektar torpaq artıq yararlı vəziyyətə gətirilib, kənd təsərrüfatı inkişaf edir, fermerlər pul qazanır, zavod fəaliyyət göstərir və Azərbaycan hərtərəfli inkişaf edir.

Mən zavodun işinə çox yüksək qiymət verirəm. Arzu edirəm ki, Azərbaycanın bütün sahibkarları doğma Vətənə sadiq olsunlar. Arzu edirəm ki, Azərbaycan sahibkarları öz sərmayələrini Azərbaycana qoysunlar. Azərbaycanda və xaricdə qazanılan vəsaiti Azərbaycan iqtisadiyyatına qoysunlar ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, çiçəklənsin və iqtisadi inkişaf baxımından dünyanın aparıcı ölkələri sırasına daxil olsun. Bunu etmək üçün bütün imkanlar vardır. Mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan, sözün əsl mənasında, dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Bizim iqtisadi imkanlarımız artır, maliyyə resurslarımız kifayət qədərdir, iradə güclüdür, bütün işləri görmək üçün texniki imkanlarımız var, dövlət investisiya proqramı da çox geniş və çoxşaxəlidir. Özəl sektorun Azərbaycanın bu gününə və gələcəyinə böyük inamı vardır. Biz bütün bu amilləri cəmləşdirsək görərik ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir.

Mən zavodun açılışı münasibətilə sizin hamınızı, rayon sakinlərini, zavod rəhbərliyini təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da belə gözəl tədbirlərdə biz sizinlə görüşək. Sağ olun.

X X X

“Azərsun Holdinq”in prezidenti Əbdülbari GÖZƏL dövlətimizin başçısına təşəkkürünü bildirərək dedi:

-Möhtərəm cənab Prezident. Bu ağır hava şəraitində zəhmət çəkib təşrif buyurduğunuza görə “Azərsun Holdinq”in kollektivi adından, öz adımdan Sizə təşəkkürümü bildirirəm.

Cənab Prezident, icazə verin, Sizə qısa məlumat verim ki, bu ərazidə nə işlər görmüşük. Ərazi ümumilikdə 3450 hektardan ibarətdir. Yeraltı sular yerin üstünə yaxın olduğuna görə, torpağın keyfiyyəti aşağı olmuş, keçmişdə burada əkin işləri aparılmamış, yalnız örüş yeri kimi istifadə olunmuşdur. Ərazidə yeraltı suların vəziyyətini yaxşılaşdırmaq üçün meliorasiya idarəsi tərəfindən ana drenaj kanalları təmizlənmiş, yeni kanallar çəkilmiş, ərazi bütünlüklə layihələndirilmişdir. Hazırda ancaq 600 hektar ərazidə drenaj işləri görülmüşdür. Bu gün də meliorasiya idarəsinin texnikaları ərazidə işləyir. Əgər lazımi qədər vəsait ayrılarsa, ərazidəki meliorasiya işlərini başa çatdırmaq olar.

Bizim tərəfimizdən aşağıdakı işlər görülmüşdür. Yeraltı suları ərazidən kənara axıtmaq, vəziyyətdən müvəqqəti çıxmaq üçün 65 kilometr müxtəlif drenaj kanalları çəkmişik. Suvarma üçün ümumi uzunluğu 70, diametri 200 və 70 millimetr olan yeraltı boru xətləri çəkilmişdir. ABŞ-ın “Varmund” şirkətindən 52 yağmurla suvarma qurğusu alınaraq pilot layihə kimi quraşdırılmışdır. Hər qurğu orta hesabla 40 hektar ərazini əhatə edir. Hazırda ümumilikdə 2100 hektar ərazi yağmurla suvarma altındadır.

Bundan əlavə, 450 hektar tərəvəz bitkiləri sahəsi, 100 hektar nar və heyva bağı damcı suvarma sistemi altındadır. Ərazidə 20 kilometr elektrik hava xətti, 40 kilometr yeraltı kabel çəkilmiş və 4 elektrik yarımstansiyası tikilmişdir. Üç nasosxana mərkəzi tikilmişdir ki, bunların da hər birinin orta hesabla gücü 2500 kub/saatdır. Kompleksə 6 kilometr məsafədən içməli su xətti, 2 kilometr asfalt, 10 kilometr çınqıl, 25 kilometr torpaq yol çəkilmişdir. Üç min yeddi yüz kvadratmetr ərazidə kənd təsərrüfatı məhsulları üçün anbar, ofis və yeməkxana yerləşir. Gübrə üçün 6 min kvadratmetr sahə ayrılmışdır. Ərazidə gördüyünüz texnika torpağın əkin üçün hazırlanmasında ən müasir texnologiyadan istifadə etdiyimizi təsdiq edir. Kənd təsərrüfatında mövsüm vaxtı əkin, alaq və məhsulun yığılması üçün 1500-2500 işçi cəlb olunur. Normal vaxtlarda isə burada 150 nəfər kənd təsərrüfatı işlərində çalışır. Yalnız 40 min tondan çox emal gücü olan konserv zavoduna 11 milyon manat vəsait sərf olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu zavoda 3 milyon manat yardım edilmişdir.

Kənd təsərrüfatına 14 milyon manat, perspektivdə heyvandarlıq kompleksi ilə bərabər inşa olunacaq gübrə fabrikinə 5-6 milyon manat sərmayə qoyuluşu nəzərdə tutulur. Yəni burada layihə tamamlanana qədər 36 milyon manat sərmayə yatırılacaqdır. Bu günə qədər məqsədimiz ekoloji təmiz məhsul istehsal etmək və əkin aparmaqdır. Hazırda Avropa standartlarına uyğun sertifikat almaq üçün işlər görülür. Şirkətimizin araşdırma-tədqiqat mərkəzi dünyanın kənd təsərrüfatı üzrə qabaqcıl mütəxəssisləri ilə işbirliyi qurmuşdur. Onların arasında ABŞ, Hindistan, Türkiyə, Hollandiya, İsraildən mütəxəssislər vardır. İnşaallah yeni texnologiyalar tətbiq etməklə 3 il sonra, cənab Prezident, biz bu torpağı ekoloji təmiz əraziyə çevirəcək, kimyanı bu ərazidən çıxaracağıq. Burada ekoloji təmiz məhsul emalı ilə Azərbaycana imic, nüfuz, Azərbaycan xalqına isə sağlamlıq bəxş edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm. Zəhmət çəkib bizə bu ruhu, bu gücü verdiyinizə görə Sizə kollektivimizin adından minnətdarlığımı bildirirəm. Diqqətinizə görə bir daha təşəkkür edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb