Biləsuvarda yol qəzası olub, iki nəfər yaralanıb
Biləsuvar, 9 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar şəhərində baş verən qəzada iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisindəki dairəvi yolda baş verib. "OPEL" və “VAZ-2106" markalı nəqliyyat vasitələri qəza törədib. Nəticədə iki nəfər - 1990-cı il təvəllüdlü Əsgər Gülağa oğlu Quliyev və 2003-cü il təvəllüdlü Xəyal Şahin oğlu Qubadlı yüngül bədən xəsarətləri alıblar. Hər iki nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.