Binəqədi rayonunda tikinti işləri aparılarkən zeytun ağaclarının sərt budandığı müəyyən edilib

Bakı, 2 aprel, AZƏRTAC
Paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən dörd zeytun ağacının sərt budandığı müəyyən edilib.
“Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”, - deyə Q.Ağayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [16:29]
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib
- 23.04.2025 [15:33]