Binəqədidə iməcilik və ağacəkmə aksiyası keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməcilik və ağacəkmə aksiyaları keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir.
Aksiya zamanı 1000-dən çox ağac və gül kolu əkilib.
Aksiya iştirakçılarına “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində keçirilən iməcilik haqqında məlumat verilib və bildirilib ki, Prezident İlham Əliyevin önəm verdiyi sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi tədbirləri Binəqədi rayonunda da uğurla həyata keçirilir.