Bir qrup gənc hərbi dənizçilərin qonağı olub
Bakı, 21 dekabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Hərbi Dəniz Qüvvələrində mədəni-kütləvi tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Qaradağ rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri hərbi dənizçilərin qonağı olublar.
Gənclər gəmilərdə hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıblar.
Dənizçi zabitlər gəncləri maraqlandıran sualları cavablandırıblar.