Bir qrup tanınmış türkiyəli ziyalı Azərbaycana səfər edəcək
İstanbul, 8 sentyabr (AZƏRTAC). Bir qrup tanınmış türkiyəli ziyalı İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Azərbaycana səfər edəcək. İSTAD-ın sədri Səfər Qaraqoyunlu AZƏRTAC-a bildirib ki, səfər “Aşıq Şəmkir mədəniyyət ocağı” İctimai Birliyi və “Azərbaycanlılar və türk dilində danışan xalqlarla əməkdaşlıq” Mərkəzinin (ATXEM) dəvəti əsasında həyata keçiriləcək.
Nümayəndə heyəti XX əsrin əvvəllərində Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni daşnak işğalçılarından azad etməsinin 96-cı ildönümü ilə əlaqədar Gəncə şəhərində təşkil olunacaq konfransda və bununla bağlı digər tədbirlərdə iştirak edəcək.
Türkiyəli qonaqlar səfər çərçivəsində Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Qubadakı kütləvi soyqırımı məzarlığını da ziyarət edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]