Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
Bakı, 23 aprel, AZƏRTAC
“Mustafa Kamal Atatürk - 2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti üçün aprelin 23-də mədəni proqram təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, türkiyəli hərbçilər proqram çərçivəsində Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
Paytaxtımızın gözəlliyi, müasir tikililər və quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.