Birinci MDB Oyunları: Samboçularımız iki qızıl medal qazanıblar
Bakı, 7 sentyabr, AZƏRTAC
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün stend atıcılığı, stolüstü tennis, güllə atıcılığı, sambo, futzal və tayboks növlərində idmançılarımız mübarizə aparırlar.
Samboçularımızdan Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq) qızıl, Adil Adilzadə (88 kq) isə burunc medal qazanıblar. Bununla da, Azərbaycanın qazandığı medalların sayı 29-a çatıb. Onlardan 8-i qızıl, 5-i gümüş, 14-ü bürünc medaldır.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.