Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Türkoloji Qurultay: tarix və müasirlik

Birinci Türkoloji Qurultay: tarix və müasirlik
“Türk dünyası böyük dünyadır. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür”.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

 

Bakı, 25 iyun, AZƏRTAC

Birinci Türkoloji Qurultay türk xalqlarının birliyini, dilini, mədəniyyətini, düşüncə sistemini, inkişafını əks etdirən mədəni-tarixi hadisə olub.

AZƏRTAC Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Birinci Türkoloji Qurultay: tarix və müasirlik” məqaləsini ixtisarla təqdim edir.

XX əsrin əvvəllərində Birinci Türkoloji Qurultayın keçirilməsi milli dil siyasətinin formalaşmasına və türk xalqları arasında mədəni inteqrasiyanın güclənməsinə mühüm təsir göstərib.

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qeyd olunur ki, bu qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında vacib mərhələ kəsb edən müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Birinci Türkoloji Qurultay həm türkologiya tarixi, həm Türkiyə – Rusiya münasibətləri, həm də türk xalqlarının gələcəyi üçün dönüş nöqtəsi olub: ilk baxışda qurultay türk xalqlarının latın qrafikasına keçmək qərarı ilə müşayiət olunsa da, eyni zamanda, strateji əhəmiyyət daşıyan, Qərbə qarşı Rusiyanın Türkiyə ilə mədəni, hərbi, siyasi, eləcə də türkologiya sahəsində əməkdaşlığı idi.

Latın əlifbasına keçidlə bağlı türk xalqları içərisində ilk tarixi addım Azərbaycan Xalq Cümhuriyyəti dövründə atılıb. “Azərbaycan” qəzetinin təşkil etdiyi geniş ictimai müzakirələr bu prosesin aktual olduğunu bir daha sübut edib. Cümhuriyyət Parlamentinin qərarına əsasən, Xudadat bəy Məlikaslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında Əlifba İslahatı üzrə Hökumət Komissiyası yaradılıb. Parlamentin üzvü, tanınmış pedaqoq Abdulla bəy Əfəndizadə 1919-cu ildə Bakıda “Son türk əlifbası” dərsliyində ilk dəfə olaraq ərəb və latın qrafikasında olan əlifbaları müqayisəli şəkildə verib, ərəb əlifbasının bizim fonetik sistemə uyğunsuzluğunu faktlarla göstərib.

Araşdırmalar göstərir ki, əvvəlcə Birinci Türkoloji Qurultayın Leninqradda (Sankt-Peterburqda) və Moskvada keçirilməsi nəzərdə tutulsa da, sonradan onun Bakıda təşkili məqsədəuyğun hesab edilib. Bu qərarın qəbulunu şərtləndirən amillər mövcud idi. Əvvəla, latın əlifbasına keçid və ya ərəb əlifbasının islahı ideyası ilk dəfə Azərbaycan maarifçiləri tərəfindən irəli sürülmüşdü. İkincisi, əlifba islahatı məsələsi dövlət səviyyəsində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə gündəmə gətirilmiş və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilmişdi. Üçüncüsü, Yeni Türk Əlifba Komitəsi Azərbaycanda yaradılmış, latın qrafikasına keçidlə bağlı daha sistemli hazırlıq işləri aparılmışdı. Dördüncüsü, Azərbaycanda bu prosesi istiqamətləndirə biləcək yetərli elmi potensial və görkəmli türkoloqlar cəmləşmişdi. Nəhayət, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti öz ətrafında güclü elmi qüvvələri birləşdirmişdi.

Birinci Türkoloji Qurultay 1926-cı ildə fevralın 26-dan martın 5-dək Bakı şəhərində, Cəmiyyətin yerləşdiyi tarixi İsmailiyyə binasında (indiki AMEA Rəyasət Heyətinin binası) keçirilib. Qurultayda 131 nümayəndə ilə yanaşı, çoxsaylı qonaqlar iştirak ediblər. Qurultayın 17 iclasında türk xalqlarının tarixi, etnoqrafiyası, mədəniyyəti, dil və ədəbiyyatlarına həsr olunmuş 38 elmi məruzə dinlənilib, müvafiq qətnamələr və tövsiyələr qəbul edilib.

Qurultayın ən böyük nəticəsi türk xalqlarının latın qrafikalı əlifbaya keçidinə dair qərar qəbul etməsi olub. 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda latın əlifbasına tam keçid təmin edilib. Lakin sonralar SSRİ siyasi rəhbərliyi bu sahədə istiqaməti dəyişmək qərarına gəlib. 1939-cu ildə Azərbaycanda Kiril əlifbasına keçid haqqında qərar qəbul edilib, 1940-cı il yanvarın 1-dən həmin əlifbanın tətbiqinə başlanılıb.

Ötən əsrin 60-cı illərindən Birinci Türkoloji Qurultayın qərarlarına qayıdılmasında yeni mərhələ başlanıb. 1966-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 40 illiyinə dair elmi-praktik konfrans keçirilib.

1970-ci ildən başlayaraq Azərbaycanda “Sovet türkologiyası” jurnalı (rus dilində) nəşr edilib.

Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda ana dilinin sosial-siyasi, ideoloji problemləri, bütövlükdə dil siyasəti ilə ardıcıl məşğul olub. Azərbaycan dili dövlət dili olaraq 1978-ci il Konstitusiyasında öz əksini tapıb.

Müstəqillik illərində Azərbaycan dili Konstitusiyada (1995) dövlət dili kimi təsbit edilib.

Latın qrafikalı əlifbaya tam keçid prosesi də Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı ilə gerçəkləşib, avqustun 1-i tariximizə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi daxil olub. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib.

Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004-cü il 12 yanvar) və “2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” (2004-cü il 27 dekabr) sərəncamları Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasətinin məntiqi davamı olmaqla, Azərbaycan dilinin inkişafı, milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin 2016-cı il 18 fevral tarixli Sərəncamına əsasən, Birinci Türkoloji Qurultayın 90 illik yubileyi də dövlət səviyyəsində qeyd edilib.

2023-cü ildə Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və koordinasiyası, Türk Dövlətlər Təşkilatının dəstəyi ilə Ortaq Türk Əlifbası Komissiyası fəaliyyətə başlayıb. 2024-cü il sentyabrın 11-də Bakıda Komissiyanın üçüncü iclasında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul edilib.

2025-ci ildə Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı da öz əksini tapıb. Həmin Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti deyib: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.

Beləliklə, tarix və zaman Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərar və tövsiyələrin doğruluğunu, həyatiliyini və elmiliyini bir daha təsdiq edib. Azərbaycan Respublikası 100 il əvvəl olduğu kimi bu gün də türkologiyanın aparıcı mərkəzlərindən biri, Şərq və Qərb sivilizasiyalarının qovuşduğu, geosiyasi baxımdan önəmli, intellektual potensialı zəngin olan mədəni məkan, demokratik dəyərlərə söykənən suveren dövlətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu