Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncənin “Xan bağı”nda sakinlərlə görüşüb YENİLƏNİB

Gəncə, 14 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Xan bağı”nın simasının tamamilə dəyişdiyi barədə məlumat verildi.

Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan “Xan bağı”nda aparılan yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.

“Xan bağı” bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınıb, yay teatr binası, müxtəlif istirahət guşələri yaradılıb. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr quraşdırılıb.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mehriban Əliyeva: Xoş gördük, sizi salamlayıram.

Sakinlər: Çox sağ olun, bizə göstərdiyiniz qayğıya görə Prezidentimizə, Sizə böyük minnətdarlığımızı bildiririk. Xoş gəlmisiniz. Şəhərimizin rəhbərliyinə də minnətdarlığımızı bildiririk.

Mehriban Əliyeva: Yenidən Gəncədə olmağımdan çox şadam. Son dəfə beş il bundan əvvəl Gəncədə olmuşam. Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm.

Sakinlər: Biz Sizi çox istəyirik. Allah Prezidentimizin canını sağ eləsin. Hamımız Prezidentimizə təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.

Kişi sakin: Prezidentimiz çox sağ olsun. Vaxtında sərmayə ayırdılar, işlər öz yolundadır, kirayə haqqı vaxtında verilir.

Mehriban Əliyeva: İlham Əliyev prezidentlik dövründə 15 dəfə Gəncədə olub, daim Gəncəyə diqqət göstərir. Gəncə bizim qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir. Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma, eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır. Xan bağı da qədim abidədir. Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib. Burada təkrarolunmaz ab-hava var, əlbəttə, əsas gəncəlilərdir. Mən hər zaman sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirəm, çox sağ olun, burada olmağıma çox şadam. Mən bir neçə məktəbə baxdım, uşaq bağçalarında, uşaq evində oldum. Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır.

Sakinlər: Çox sağ olun, Allah razı olsun. Təşəkkür edirik, bizə belə qayğı göstərirsiniz.

Kişi sakin: Mən cənab Prezidentə təşəkkür etmək istəyirəm. Uzun müddət idi ki, evlərimizin damları yararsız hala düşmüşdü. İndi çox gözəl damlar düzəldilir. Allah Prezidentimizin canını sağ eləsin.

Mehriban Əliyeva: Vəsait ayrılıb.

Kişi sakin: Bəli, vəsait ayrılıb. Gözəl asfalt yollarımız, müasir məktəblərimiz, poliklinikalarımız var. Bütün bunlarla fəxr edirik. Məktəblərimiz, universitetimiz çox gözəldir. Bilirsiniz ki, Gəncə Dövlət Universiteti qərb zonasında ən böyük universitetdir. Orada Ulu Öndərimizin gözəl guşəsi var. Sizin bu gün Gəncəyə gəlməyiniz, xüsusilə Leyla xanımla gəlməyiniz bizi çox sevindirir. Düz deyirlər, o, bizim qızımızdır.

Dünya Azərbaycanlılarının arzusudur ki, bayrağımız Şuşada, Xankəndidə, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında dalğalansın.

Mehriban Əliyeva: Amin! Bu, hər bir azərbaycanlının ən böyük arzusudur, inşallah.

Sakinlər: Biz Prezidentimizə inanırıq, biz onu çox istəyirik. Gəncəlilər həmişə onun arxasındadır.

Kişi sakin: Mən Aqil Paşayevin 40 illik dostuyam. Sizə bir jurnal gətirmişdim, Mir Cəlal Paşayevin ev muzeyi haqqında idi.

Mehriban Əliyeva: Elə indi mən Mir Cəlal Paşayevin ev muzeyində oldum.

Kişi sakin: İndi Gəncədə çox gözəl işlər gedir. Əvvəllər küçələrimiz çala-çuxur idi. İndi qəşəng asfalt salınır. Dam örtükləri təzələnir, həqiqətən, böyük savab iş görmüsünüz.

Mehriban Əliyeva: Prezident də sizə salamlarını göndərdi. Mənə dedi ki, gəncəlilərdən soruşun, onları narahat edən hansı məsələlər var, ardıcıl olaraq hamısı həllini tapacaq.

Məktəblərlə bağlı məsələlərlə sıx məşğul oluram. Siz bilirsiniz ki, son 15 ildə ölkə üzrə 3 mindən çox məktəb tikilib və ya bərpa olunub. Ölkəmizdə bir dənə də təmirsiz məktəb qalmamalıdır. Ona görə bu sahədə ardıcıl olaraq bütün tədbirlər görülür, həm dövlət proqramı çərçivəsində, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə. Mənə məlumat verdilər ki, uşaq bağçaları ilə bağlı problem var, beşi qəzalı vəziyyətdədir. Dərhal məşğul olacağıq ki, onların da maddi-texniki bazasını yenidən quraq. Bilirəm ki, Gəncə şəhərində infrastrukturla bağlı çox işlər görülür, qazlaşdırma, enerji ilə təminat 100 faizdir.

Kişi sakin: Ölkəmizdə əmin-amanlıq var. Cənab Prezident müharibə olmasını istəmir, torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışır. Sizin daha bir xeyirxah işiniz - xəstə uşaqların, xəstə anaların müalicəsinə kömək etməyiniz bizi çox ruhlandırır. İnanın, elə bil ki, Siz hər gün o uşaqlarla gedib Məkkəni ziyarət edib gəlirsiniz. Bu, çox xeyirxah işdir. Ona görə də bu gözəl qızlar Sizə minnətdardırlar.

Mehriban Əliyeva: İmkanım olanda hər zaman kömək etməyə çalışıram.

Kişi sakin: Bəli, çox sağ olun, Allah imkanlarınızı daha da çox eləsin.

Mehriban Əliyeva: Mən bilirəm ki, keçən ilin noyabr ayında bu binada partlayış olub. Hadisə zamanı əfsuslar olsun ki, 3 nəfər həlak olub, Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Amma onu da deyim ki, bu məsələ Prezidentin tam nəzarəti altındadır, Sərəncam da imzalanıb, vəsait də ayrılıb. Qısa bir zamanda yeni, müasir və çoxmənzilli yaşayış binası tikiləcək və 36 ailənin hər biri yeni mənzillə təmin olunacaq.

Qadın sakin: Çox sağ olun, Sizin qayğınızı hər zaman hiss edirik.

Mehriban Əliyeva: Mən də sizin məhəbbətinizi, dəstəyinizi hiss edirəm, çox sağ olun.

Kişi sakin: Tez-tez gəlin, Mehriban xanım, Sizi gözləyəcəyik.

Gənc kişi sakin: Gəncənin gəncləri adından təşəkkür edirəm. Mən Prezidentin gənclərin xaricdə təhsili ilə bağlı Fərmanına əsasən Almaniyanın Fray Universitetində təhsil almışam, fəlsəfə doktoruyam. Çox təqdirəlayiq haldır ki, ölkəmizdə gənclərə çox böyük dəstək var, önəm verilir. Hazırda Gəncədəki Aqrar Universitetin elm şöbəsində çalışıram. Bizim rektorumuz da gənclərə çox önəm verir. Mən özüm də şadam ki, xaricdə doktorantura üzrə təhsil alıb gəlmişəm və çox böyük diqqət və qayğı ilə əhatə olunmuşam. Buna görə bir gənc kimi Prezidentimizə, Sizə çox təşəkkürümü bildirirəm, çox minnətdaram. Çox xoşdur ki, Sizinlə görüşüb ürək sözlərimi deyə bildim.

Mehriban Əliyeva: Çox gözəl, bunu eşitməyə çox şadam, çox sağ olun.

Qadın sakin: Gəncəlilərin salamlarını cənab Prezidentə çatdırmağı xahiş edirik. Biz onu çox sevirik.

Mehriban Əliyeva: Sağ olun, mən sizin salamlarınızı Prezidentə çatdıracağam. Çox sağ olun. O da sizi çox sevir.

Yaşlı kişi sakin: Mehriban xanım, elimizin, obamızın, millətimizin gözəl xanımı. Möhtərəm Prezidentimizlə çiyin-çiyinə bu mürəkkəb dünyada Azərbaycanı belə gözəl vəziyyətdə saxlayıb, hörmətli Prezidentimizin özünün dediyi kimi, bir sabitlik adasına çevirməyin özü böyük şərəfdir. Sizinlə burada görüşməyimiz bizim üçün böyük şərəfdir. Ulu Öndərin yadigarı, möhtərəm Prezidentimiz Gəncəyə həmişə diqqət göstərir. Mehriban xanım, Siz də Gəncəyə həmişə qayğı göstərirsiniz. Bunları bir-iki kəlmə sözlə sadalayıb qurtarmaq mümkün deyil. Siz özünüz bizdən də yaxşı bilirsiniz ki, Gəncə üçün hansı işlər görülüb, Gəncədə elə bir gözəl şərait yaranıb ki, burada işləmək də, yaşamaq da şərəfdir. Biz qürur hissi keçiririk ki, Sizin kimi rəhbərlərimiz var. Biz hər şeydən arxayınıq. Bu gözəl balalar da Sizinlə görüşə gəliblər. Mehriban xanım, bu gözəllik Sizin sayənizdədir.

Qadın sakin: Evimiz hazır olsun, Sizi qonaq dəvət edərik, İnşallah.

Mehriban Əliyeva: Sağ olun. Mən şadam bunların hamısını eşitməkdən. Mən də ürək sözlərimi deməliyəm. Mən çox xoşbəxtəm ki, yenidən Gəncədəyəm. Gəncə xüsusi şəhərdir. Gəncənin mehriban insanları, gözəl memarlığı, qədim tarixi, təkrarolunmaz ab-havası var. Əlbəttə, mən məktəblərə də getdim, uşaq evlərində, muzeydə, “İmamzadə” Kompleksində oldum. Amma buraya gələndə mənim əsas məqsədim o idi ki, gəncəlilərlə görüşüm. Doğrudan da mən sizin bu dəstəyinizi, sevginizi hər zaman qəlbimdə hiss edirəm. İnanın ki, eyni hissləri mən də yaşayıram. Dediyim kimi, cənab Prezident 15 dəfə Gəncədə olub və İnşallah, yenə də olacaq. Ona görə burada həyata keçirilən bu abadlaşma, bu inkişaf hər zaman bizim diqqətimizdədir, hər zaman bizi sevindirir. Amma, eyni zamanda, yenə də deyirəm ki, hələ də öz həllini tapmayan problemlər də var. Biz onları bilməliyik, biz onların həlli üçün ardıcıl tədbirlər həyata keçirməliyik. Çünki əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var. Mən sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox şadam hər birinizi görməyə. Çox sağ olun. Çalışacağam Gəncəyə tez-tez gəlim.

Yaşlı kişi sakin: Biz də Sizə minnətdarıq, Mehriban xanım. Mən Ulu Öndərlə 3 dəfə görüşmüşəm. Onun keçirdiyi plenumlarda, büro iclaslarında iştirak etmişəm. Gəncəlilər Heydər Əliyev ideyasına həmişə sadiqdirlər və həmişə də sadiq olacaqlar. Gəncəlilər Prezident İlham Əliyevin arxasındadırlar. Mehriban xanım, gəncəlilər Prezident İlham Əliyevin və Sizin dəstəyinizi hiss edirlər və minnətdardırlar. Gəncədəki bugünkü sabitlik, abadlıq, quruculuq işləri fərəhlidir, ürəkaçandır. Bunu hər bir gəncəli hiss edir. Hər bir gəncəlinin çöhrəsindən də hiss etmək olur ki, bu, doğrudan belədir. Sizə təşəkkür edirik. Bizim salamlarımızı Prezidentimizə çatdırın.

Mehriban Əliyeva: Çox sağ olun. Mütləq çatdıracağam.

Yaşlı kişi sakin: Mehriban xanım, minnətdarıq ki, işinizin bu qədər çox olduğu bir zamanda vaxt tapıb Gəncəyə gəlmisiniz, gəncəlilərlə görüşür və onları dinləyirsiniz. Sizə cansağlığı, uzun ömür arzulayıram.

Mehriban Əliyeva: Çox sağ olun. Söz verirəm ki, Gəncəyə tez-tez gələcəyəm. Əmin olun ki, Gəncə ilə bağlı bütün məsələlər, problemlər mənim diqqət mərkəzimdədir. Siz hər zaman əmin ola bilərsiniz ki, hər bir məsələ, sizi narahat edən hər bir sualla bağlı biz əlaqədə ola bilərik və mən əlimdən gələni etməyə hazıram.

Siz yəqin bilirsiniz ki, biz Heydər Əliyev Fondunun nəzdində gənclərin “Regional İnkişaf” İctimai Birliyini yaratmışıq. Burada çalışan bütün gənclər istedadlıdırlar, vətənpərvərdirlər. Yəqin ki, görmüsünüz, Şamaxıda zəlzələdən sonra onlar orada gecə-gündüz çalışırlar, insanlara kömək edirlər. Yəni, bu kömək həm də mənəvi kömək olmalıdır. Ona görə onlar burada da çalışırlar. Gəncədə yaşayan gənclər də bu birliyə qoşula bilərlər. Ona görə bizim daim əlaqəmiz olacaq.

Mənə göstərdiyiniz belə səmimi, belə isti qonaqpərvərliyə görə bir daha sizə minnətdarlığımı bildirirəm. Prezidentin səmimi salamlarını sizə çatdırıram. Çox sağ olun.

Kişi sakin: Xoş gəlmisiniz Mehriban xanım. Bütün digər sahələrdə olduğu kimi, elmin, təhsilin, mədəniyyətin inkişafına göstərdiyiniz qayğıya görə cənab Prezidentə və Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan Milli Elmlər Akademiyasına daim dövlət qayğısı göstərilir, əməkhaqqımız qaldırıldı. Minimum əməkhaqqı artırıldı. Gəncə şəhəri üçün nə qədər işlər görüldü. Niyazi müəllimin buraya təyin edilməsi bizə ürək rahatlığı verdi. Bütün ziyalılar adından bizim salamlarımızı, minnətdarlığımızı cənab Prezidentə çatdırmağınızı xahiş edirəm. Biz sizi çox sevirik.

Mehriban Əliyeva: Çox sağ olun.

Kişi sakin: Mehriban xanım, bütün gəncəlilər adından Sizi salamlayıram. Mən Gəncə Dövlət Universitetinin professoruyam. Biz buraya gəlmişik ki, Sizi görək. Xahiş edirəm bizim minnətdarlığımızı Prezidentimizə çatdırın.

Mehriban Əliyeva: Çatdıracağam, sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir