“Biz qalibik!” adlı sərgi - müsabiqənin qalibləri mükafatlandırılıb
Naxçıvan, 21 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda birliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəngkarlıq, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun Təsviri İncəsənət və müəllimlik ixtisası tələbələri arasında “Biz qalibik!” adlı sərgi-müsabiqə keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müsabiqəyə 19 tələbə 27 iş təqdim edib.
Müsabiqənin nəticələrinə görə Nihad Aslanov, Türkan Əsədova, Ayşən Əsgərova I, Fərqanə Seyidova, Sara Hüseyinli, Təranə Zahidova II, Könül Kazımlı, Leyla İmamquliyeva III yerin qalibləri olublar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları təqdim olunub.