Azərbaycan Dövlət İnformasiya Agentliyi

“BİZİM PULLARIMIZI TƏCAVÜZKAR REJİMƏ BAĞIŞLAMAYIN”
AMERİKA VERGİÖDƏYİCİLƏRİ DAĞLIQ QARABAĞA YARDIMA ETİRAZ EDİRLƏR

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (BİA) Dağlıq Qarabağa 15 milyon dollar yardım ayırmaq niyyətindədir. Agentliyin yaydığı mətbuat məlumatında deyilir ki, BİA-nın Yerevan ofisi ilə “Armenian Rilif” fondu və Ermənistandakı Amerika Universiteti arasında bu barədə saziş imzalanmışdır. Dağlıq Qarabağda yaşayan guya münaqişə qurbanlarının iztirablarını azaltmaq məqsədini daşıyan yeni proqram beş il üçün nəzərdə tutulmuşdur.

Amma daha 1992-ci il deyildir. O vaxt informasiyanın olmamasından bəhrələnib təcavüzkar Ermənistanı “blokadaya alınmış ölkə” kimi təqdim edənlər 907-ci düzəlişi qəbul etdirə biliblərsə, bu gün amerikalıları “Dağlıq Qarabağda yaşayan münaqişə qurbanlarının istirablarına” inandırmaq çətindir. AZƏRTAC-ın müxbirinin aldığı məlumata görə, amerikalılar BİA-ya etiraz məktubları göndərirlər. Məsələn, Samuel Vims adlı amerikalı yazır: “Mənim və digər amerikalıların ağır zəhmətlə qazandığımız vergi pullarını etnik təmizləmə həyata keçirən təcavüzkar rejimə bağışlayırsınız. Dağlıq Qarabağda 3450 evi yenidən tikmək üçün humanitar yardım göstərən Amerika Qarabağdan 153 min evin günahsız əhalisinin doğma yurd-yuvasından qovulmasına nə üçün göz yumur?”.

Xatırladaq ki, Konqres hələ 1997-ci ildə Dağlıq Qarabağa “İztirabları azaltmaq üçün” 3 il müddətinə 20 milyon dollar ayırmışdı. Bu ilin avqustunda BİA-nın Konqres qarşısında verdiyi hesabata görə, həmin vəsaitin 16,4 milyon dolları müxtəlif proqramlara xərclənmişdir. Doğrudur, 1998-ci ildə Dağlıq Qarabağ münaqişəsinin əsl qurbanları olan və məcburi köçkünə çevrilən azərbaycanlılar da nəzərə alınmışdı. Lakin Dağlıq Qarabağda yaşayan 80 min nəfərə 8,3 milyon dollar ayrıldığı halda, azərbaycanlı məcburi köçkünlərə cəmi 6,7 milyon dollar yardım göstərilmişdi. Növbəti ildə isə ermənipərəst konqresmenlərin səyi nəticəsində yalnız Dağlıq Qarabağda yaşayanlara yardım ayrılmışdı. BİA-nın Avropa və Avrasiya məsələləri üzrə direktor müavini Qloriya Stil və yeni müstəqil dövlətlər üzrə direktor Robin Fillips təmsil etdikləri təşkilatın Dövlət departamenti tərkibində olduğunu xatırladaraq deyirlər ki, onlara verilən vəsait yalnız Konqresin müəyyənləşdirildiyi kimi sərf edilməlidir.

Hökumət isə Konqresin qərarını bununla izah edir ki, Azərbaycan qaçqın və məcburi köçkünləri digər proqramlar üzrə yardım alırlar. Bir də ki, Dağlıq Qarabağda yaşayanlar da Azərbaycan vətəndaşlarıdır və Azərbaycan tərəfi onlara humanitar yardım göstərilməsinə etiraz etməməlidir.

BİA Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, Azərbaycan qaçqın və məcburi köçkünlərinə artıq neçənci ildir ki, yardım göstərir. BİA-nın internet səhifəsində bildirilir ki, “Dağlıq Qarabağda ağır humanitar böhran müşahidə edilmir”. Lakin buna baxmayaraq, Konqresin təsiri altında Dağlıq Qarabağa yardım davam edir. 20 milyon dolları xərcləyib qurtarmayan BİA, bu vəsaitin 3,4 milyonunu yuxarıda adı çəkilən sazişə ayırıbdır. Qalan 11,6 milyon isə, BİA rəsmilərinin dediyinə görə, Konqres tərəfindən ayrılanda və büdcədə pul olanda veriləcəkdir.

Konqresdən alınan məlumata görə, həmin 20 milyon dollar tam sərf olunacağı təqdirdə, gələn maliyyə ilində Dağlıq Qarabağa əlavə 5 milyon dollar ayırmaq tövsiyə edilib və çox güman ki, bu vəsait də yeni 15 milyonluq sazişin tərkib hissəsi olacaqdır. Qloriya Stilin sözlərinə görə, bu günədək Dağlıq Qarabağda humanitar məqsədlərlə çox işlər görülüb, lakin hələ bərpa işlərinə ehtiyac var. Saziş Dağlıq Qarabağda əlavə olaraq 2300 evin, 60 məktəbin, 30 kənddə su təchizatı sisteminin bərpasını mümkün edəcəkdir. BİA rəsmiləri proqramın sırf humanitar xarakter daşıdığını deyirlər: “Burada erməni lobbisinin təsiri və ya məsələnin siyasiləşdirilməsi rol oynamır”.

Maraqlı vəziyyət alınır - ABŞ hökuməti ermənipərəst qanunvericilərə instinad edərək, münaqişəyə ədalətsiz yanaşma məqamlarını onların boynuna atırdı. Amma indiki halda hətta Konqresdən göstəriş və vəsait almadığı təqdirdə belə, 15 milyon dollar həcmində yardıma söz verir.

Bütün bunları nəzərə alsaq, regional layihələrdən kənarda qalan, Azərbaycan torpaqlarını zəbt etmiş və üstəlik “iztirablarına” görə milyonlar alan ermənilərin münaqişənin həllində qeyri-konstruktiv mövqe tutması təəccüblü deyildir. Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb