Blinken: Əsirlərin mübadiləsi məsələsində Rusiya ilə əlaqə saxlayırıq
Bakı, 2 may, AZƏRTAC
ABŞ əsir mübadiləsi ilə bağlı Rusiya ilə əlaqə saxlayır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
"Dialoq qeyri-müntəzəmdir. Biz səfirliyimiz vasitəsilə əlaqə saxlayırıq", - deyə Dövlət katibi qeyd edib.
O qeyd edib ki, əvvəllər prezidentlər tərəfindən razılaşdırılan kanal var.
ABŞ Rusiyada casusluq ittihamı ilə həbs edilən vətəndaşlarının azadlığa buraxılmasını istəyir.
Aprelin 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda ABŞ həbsxanalarında 60-a yaxın Rusiya vətəndaşı var. Eyni zamanda, o, məhbusların mübadiləsini müzakirə etmək üçün xüsusi kanalı xatırladıb.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya ilə ABŞ arasında münasibətlərdə məhbus mübadiləsindən başqa heç bir müsbət şeyin qeydə alınmadığını bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]