Blinken: Ukraynaya qoşun yeritmək Rusiya ilə birbaşa münaqişəni yaxınlaşdıracaq
Bakı, 3 aprel, AZƏRTAC
ABŞ Ukraynaya quru qoşunlarının göndərilməsinin əleyhinədir və bu, Rusiya ilə birbaşa münaqişəni yaxınlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken LCI telekanalına müsahibəsində bildirib.
"Prezident Co Baydenin siyasəti çox aydındır: Ukrayna ərazisində ABŞ qoşunları olmayacaq. “Bu, Rusiya ilə birbaşa münaqişəni yaxınlaşdıracaq və biz bundan qaçmaq istəyirik”, - deyə Dövlət katibi qeyd edib.
Ukraynaya qoşun yeridilməsi ehtimalını istisna etməyən Fransa prezidenti Emmanuel Makronun sözlərinə münasibət bildirən Blinken deyib ki, hər kəs həm milli, həm də ittifaq səviyyəsində qərarlar qəbul etməlidir.
Dövlət katibinin sözlərinə görə, Ukrayna münaqişəsinin ilk günündən Prezident Bayden əmin edib ki, Rusiya ilə müharibədən, eskalasiyadan, istər adi, istərsə də nüvə eskalasiyasından qaçmaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]