BMTM-də Türkiyənin aparıcı media qurumlarının təmsilçiləri ilə görüş keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Türkiyənin aparıcı media qurumlarının təmsilçiləri ilə görüş keçirilib.
BMTM-dən AZƏRTAC-a bildirilib ki, Türkiyə Mətbuat Federasiyasının Baş direktoru Sinan Burhanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Hürriyet”, “Kanal D”, “TürkMedya”, “Akşam”, “Haber7”, “Takvim”, “Kanal 24”, “Türkgün” qəzeti, “Millet Haber Ajansı”, “KonTV” kimi aparıcı media qurumlarının təmsilçiləri daxil idi.
Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının yüksələn dinamikasına, bütün səviyyələrdə aparılan müntəzəm ikitərəfli və çoxtərəfli təmaslara, mövcud müttəfiqlik münasibətlərinin Cənubi Qafqaz və daha geniş regionda mühüm amil kimi çıxış etməsinə diqqət çəkilib.
Söhbət zamanı, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə media təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]