BOK-UN QİYMƏTLƏNDİRMƏ KOMİSSİYASI 2016-CI İL OLİMPİYA OYUNLARININ KEÇİRİLMƏSİNƏ NAMİZƏDLƏRİN TƏFTİŞİNƏ BAŞLAYIR
Bakı, 4 aprel (AZƏRTAC). Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qiymətləndirmə komissiyası 2016-cı ildə Olimpiya oyunlarının keçirilməsinə namizəd şəhərlərin təftişinə başlayır. Xarici kütləvi informasiya vasitələri xəbər verir ki, komissiyanın üzvləri yaxın bir ayda Tokio, Çikaqo, Rio-de-Janeyro və Madrid şəhərlərinə səfər edəcəklər. BOK nümayəndələri əvəllcə (aprelin 4-7-də) Çikaqoda, sonra (aprelin 16-10-da) Tokioda, daha sonra (29 aprel-2 may) Rio-de-Janeyroda və sonda (mayın 5-8-də) Madriddə olacaqlar.
BOK-un prezidenti Jak Roqqun sözlərinə görə, namizəd şəhərlər qiymətləndirilərkən əsas meyar büdcə imkanları olacaqdır.
Jak Roqq demişdir: “Yeddi il çox böyük müddətdir. 2016-cı ildə nələr olacağını heç kəs bilmir, lakin indiki mürəkkəb iqtisadi şəraitdə komissiya ilk növbədə təqdim edilən zəmanətlərə diqqət yetirəcəkdir”. BOK-un qiymətləndirmə komissiyası öz rəyini sentyabrın 2-də dərc edəcəkdir, bundan bir ay sonra isə Kopenhagendə BOK-un növbəti sessiyası başlanacaq və orada 2016-cı il Olimpiya oyunlarının paytaxtı elan ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]