Boksçularımız Sofiyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycanın gənc boksçulardan ibarət yığma komandası Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa birinciliyində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, komandamız aprelin 13-22-də baş tutacaq yarışda tam heyətlə təmsil olunacaq.
Qeyd edək ki, boksçularımız hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirirlər. Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib.
Avropa birinciliyi ərəfəsində təşkil olunan toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə 2 dəfə məşq edən komanda birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq görüşləri də keçirir. Bu da boksçuların hansı formada olması və üzə çıxacaq səhvlərin aradan qaldırılmasına hesablanıb. Komandamız yarışda iştirak etmək üçün aprelin 11-də Türkiyədən Sofiyaya yola düşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]