Boksçularımızın “Strandja” turnirində ilk rəqibləri bəlli olub
Bakı, 20 fevral, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb. Bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda Azərbaycan idmançılarının da rəqibləri bəlli olub.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, püşkə əsasən, Günel Rəhimova (48 kq) fransalı Qloria Dameyda, Anaxanım İsmayılova (50 kq) İspaniya idmançısı Laura Fernandes, Zeynəb Rəhimova (54 kq) Yuliya Koroli (Moldova), Məhsəti Həmzəyeva (57 kq) Vinakşi (Hindistan), Şəhla Allahverdiyeva (66 kq) kanadalı Çarli Kavana, Aynur Rzayeva (81 kq-dan yuxarı) Monika (Hindistan), Malik Həsənov (63,5 kq) Şpetim Bayoku (Kosovo) və Məhəmməd Abdullayev (92 kq-dan yuxarı) isə bolqarıstanlı Yordan Morehon ilə qarşılaşacaq.
Turnirin ilk günündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaqlar.
“Strandja” turnirində 40-dək ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [20:31]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:08]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]