İDMAN
Boksçumuz Anna Əlimərdanova beynəlxalq turnirdə bürünc medal qazanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. XII dəfə təşkil olunan ənənəvi yarışa Azərbaycan millisi də qatılıb.
AZƏRTAC xəbər verir ki, 19 ölkənin mübarizə apardığı turnirdə yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən Anna Əlimərdanova çıxışını bürünc medalla başa vurub.
Turnirdə 54 kiloqram çəki dərəcəsində rinqə çıxan təmsilçimiz Çloe Tomas (Uels) və Dina Jolomana (Qazaxıstan) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Çin Taypeyindən olan Yu-Tinq Linlə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Əlimərdanova turniri 3-cü yerdə bitirib.
Digər boksçumuz Yana Alekseyevna (60 kq) isə 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub.