BOLQARISTAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN DÖVLƏT AGENTLİYİNİN NÜMAYƏNDƏLƏRİ BAKIYA GƏLMİŞLƏR
Gənclər və İdman Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 26-dan Bolqarıstan Respublikası Gənclər və İdman Dövlət Agentliyinin nümayəndələri Bakıda dörd günlük rəsmi səfərə gəlmişlər.
Səfər “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bolqarıstan Respublikası Gənclər və İdman Dövlət Agentliyi arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən həyata keçirilir.
Nümayəndə heyətinin ölkəmizə səfərinin ilk günü qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.
Növbəti günlərdə qonaqlar Bakı Slavyan Universitetində, Gənclər və İdman Nazirliyində olacaq, Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvləri, müxtəlif gənclər təşkilatları ilə görüşlər keçirəcək, regionlara səfər edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]