Bolqarıstan sahillərində aşkarlanan pilotsuz uçuş aparatı məhv edilib
Bakı, 29 iyun, AZƏRTAC
Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin xüsusi qrupu Albena kurort kompleksinin yaxınlığında aşkarlanan pilotsuz uçuş aparatını məhv edib.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Varnadakı Hərbi Dəniz Bazasının mütəxəssisləri tərəfindən həyata keçirilib. Bildirilib ki, pilotsuz uçuş aparatı təhlükəsizlik tədbirlərinə tam riayət olunmaqla məhv edilib. Əməliyyat Hərbi Dəniz Qüvvələrinin komandanının göstərişi əsasında aparılıb.
Qeyd edək ki, iyunun 26-da Bolqarıstan Hərbi Dəniz Qüvvələri Kranevo şəhəri yaxınlığında aşkarlanan digər pilotsuz uçuş aparatını zərərsizləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]