İDMAN
Bolqarıstanın gənclər və idman naziri Bakı Tennis Akademiyası ilə tanış olub
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Bakı Tennis Akademiyasının qonağı olub.
Azərbaycan Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, nazir qurum rəsmiləri ilə görüşüb.
ATF-nin vitse-prezidenti Mehman Qocayev D. İlievə federasiyanın və akademiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Həmçinin dövlət başçısı İlham Əliyevin idmana diqqət və qayğısından bəhs edilib. Qonağa akademiyadakı tennis və padel tennis kortları, mütəxəssislər, infrastruktur imkanları, gənclərin tennisə marağının artması üçün keçirilən layihələr barədə danışılıb.
Tanışlıq çərçivəsində nazir Azərbaycanda çalışan təcrübəli bolqarıstanlı tennis məşqçisi Vasko Mladenovla da görüşüb
Sonda D. İliev Bakı Tennis Akademiyasında fəaliyyət göstərən fitnes zalı, minifutbol meydançası və üzgüçülük hovuzu ilə də tanış olub.