BOLQARISTANIN VİTSE-PREZİDENTİ ANGEL MARİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLMİŞDİR
Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın dövlət başçılarının Bakıda keçirilən zirvə görüşündə iştirak etmək üçün Bolqarıstanın vitse-prezidenti Angel Marinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də ölkəmizə işgüzar səfərə gəlmişdir. Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Angel Marini və nümayəndə heyətini Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız hörmətli qonağa gül dəstəsi təqdim etdilər.