BONDİANA ÇƏKİLİŞLƏRİNDƏ HƏYULA PEYDA OLMUŞDUR
Ceyms Bond haqqında yeni filmin çəkilişləri üçün prodüserlər “South African Airways” şirkətinin hesabdan silinmiş təyyarəsini icarəyə götürmüşlər. Ssenariyə əsasən, agent 007 təyyarəni qaçıran və onu yaşayış binasına çırpmaq niyyətində olan cinayətkarı zərərsizləşdirməyə çalışır.
Lakin çox keçmədən qrup arasında şayiə yayılır ki, 30 il əvvəl hesabdan silinmiş təyyarədə sərnişin ölmüşdur. Bəzi fəhlələr söyləmişlər ki, dekorasiyaları sökərkən təyyarədə qəribə parıltı görmüşlər. Bir dəfə isə təyyarədə çəkiliş zamanı cərəyanın tamamilə kəsilməsinə baxmayaraq, hər yerdə adi və qəza işıqları yanmışdır.
Həmin hadisədən sonra bəzi fəhlələr bu “lənətlənmiş” təyyarəyə ümumiyyətlə girməkdən boyun qaçırmağa başladılar.
Çəkiliş qrupunun mətbuat katibi təsdiq etmişdir ki, təyyarə ilə problem mövcuddur. O demişdir: “Həyula ilə bağlı bu əhvalat hamıya məlumdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]