Boş qalmış səma: koronavirus aviaşirkətləri sınağa çəkir
Bakı, 6 mart, AZƏRTAC
Dünyanın bütün aviaşirkətləri genişmiqyaslı böhrana hazırlaşırlar: koronavirus sərnişindaşımaları azaltmaq zərurəti yaradıb. Böhrandan sonra təzəcə özlərinə gələn sahələr milyardlarla ziyana düşmək və son onillikdə ən uğursuz il ilə üzləşmək təhlükəsi qarşısındadır.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, çoxdan bəri müflisləşmə həddində olan Britaniyanın regional “Flybe” şirkəti cümə axşamı bu təhlükənin ilk qurbanı olub. Koronavirus bu şirkət üçün son nöqtəni qoyub.
Digər aviaşirkətlər hələlik dözürlər, lakin onların səmasında buludlar hər gün qatılaşır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) iki həftə bundan əvvəl virus epidemiyası nəticəsində aviaşirkətlərin dövriyyəsinin 30 milyard dollar azalacağını proqnozlaşdırmışdı. Martın 5-də isə bu rəqəm iki dəfədən çox artaraq 63 milyard dollara çatıb.
Bu, ən yaxşı halda belə olacaq. Əgər virusun yayılmasının qarşısını almaq mümkün olmasa, itkilərin həcmi ilkin proqnozlardan 4 qat çox olaraq 113 milyard dollara çata bilər.
IATA-nın rəhbəri Aleksandr de Junyak deyib: “Fövqəladə vəziyyət yaranıb. Hadisələr demək olar ki, analoqu olmayan ssenari üzrə inkişaf edir. Təqribən iki ay ərzində bütün dünyada bu sahənin perspektivləri kəskin şəkildə pisləşib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]