Azərbaycan Dövlət İnformasiya Agentliyi

Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti

Bakı, 27 iyul, AZƏRTAC

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyindən ötən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilib və onun inkişafı üçün əlverişli şərait yaradılıb. Bu istiqamətdə aparılan məqsədyönlü siyasət ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilib.

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı haqqında çıxışlarında da bildirib ki, müvafiq sahədə görülən tədbirlər öz bəhrəsini verir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və məşğulluğun təmin edilməsi üçün əsas sahələrdən biridir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşayır.

Sözsüz ki, son illərdə kənd təsərrüfatına dövlət qayğısının artması ölkəmizdə məhsul istehsalına güclü təkan verib. Bu məqsədlə AMEA Botanika İnstitutu da kənd təsərrüfatının inkişafı üçün müəyyən işlər həyata keçirir. Qeyd etmək lazımdır ki, ənənəvi kənd təsərrüfatı sektorunda bitkilərin sağlamlığı, məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə bağlı innovativ aqronomik strategiyaların hazırlanması üçün seçilmiş yabanı və mədəni yem bitkiləri arasında qarşılıqlı əlaqə haqqında elmi məlumatlar məhduddur. Son illər Orta Kür-Araz ovalığının gilli və şorlaşmış torpaqlarında iqlim dəyişkənliyi şəraitində bir sıra yem bitkilərinin adaptasiya potensialının müəyyənləşdirilməsi üzrə AMEA Botanika İnstitutunun Kürdəmir rayonunda yerləşən Kərrar Təcrübə Məntəqəsinin (KDM) ərazisində aparılan tədqiqatlar məhz bu məqsədə xidmət edir. Belə ki, təcrübələr zamanı sorqo, qarğıdalı, amarant, darı, raps, yonca, şəkər çuğunduru və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICBA) tərəfindən tövsiyə edilən kinoya kimi bir sıra əhəmiyyətli yerli və xarici yem bitkilərindən istifadə edilib. Digər yem bitkiləri ilə yanaşı, Botanika İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə öyrənilən kinoya bitkisinin inkişafı və məhsuldarlığına abiotik amillərin təsirləri araşdırılıb, allometrik əlaqələr və abiotik stresə davamlılıq dərəcələri təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin “Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti” mövzusunda məqaləsində yer alıb. Məqalədə bildirilib ki, Orta Kür-Araz hövzəsi ərazisində quraq və yarımquraq iqlimin hökm sürməsi, aşağı keyfiyyətli müxtəlif səviyyəli şorlaşmış və şorakət torpaqların, həmçinin şirin su qıtlığının mövcudluğu, müasir əkinçilik sisteminin və suya qənaət edən müasir texnologiyanın yoxluğu davamlı qida istehsalını çətinləşdirir. Bu baxımdan azməhsuldar kənd təsərrüfatı ekosisteminin qiymətləndirilməsi, məhsuldar yem bitkiləri istehsalının elmi əsaslarının hazırlanması, şorlaşmış torpaqların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur. Botanika İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlara əsasən bitkilərin morfoloji və fizioloji parametrləri, allometrik əlaqələri və davamlılıq mexanizmlərinin öyrənilməsi nəticəsində kinoya bitkisinin duz və quraqlıq stresinə qarşı digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilib.

Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün olduqca vacib olan kinoyanın bir neçə sortlarının istifadəsi baxımından Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində aparılan işlərin genişləndirilməsi perspektivləri ön plana keçir. Bizim son məqsədimiz innovasiya və texnologiya transferi üçün dövlət və özəl sektorlarda çalışan elm adamlarını bir araya gətirmək, bu sektorlar arasında əməkdaşlıq imkanlarını araşdırmaq, tədqiqat, istehsal, mübadilə və bazar imkanlarını seçmək, təcrübəli və gənc mütəxəssisləri birlikdə bu tədqiqatlara qoşmaqdan ibarətdir.

Qeyd etmək lazımdır ki, Cənubi Amerika əhalisinin əsas qida mənbələrindən olan kinoya bu günə qədər 100-dən çox ölkənin kənd təsərrüfatına - ərzaq istehsalına daxil olub və nəticədə BMT tərəfindən 2013-cü il Beynəlxalq Kinoya ili adlandırılıb. Kinoya bitkisi digər dənli bitkilərlə müqayisədə zülal, habelə bir sıra minerallar, nişasta, lipidlər, aminturşuları, tiamin, fol turşusu və vitaminlərlə zəngin olduğundan ondan müxtəlif aqrar-sənaye istiqamətlərində istifadə edilir. Bu bitki geniş çərçivədə abiotik stresə (isti, soyuq, yuxarı dərəcədə şorlaşma, duzlu sularla suvarma, su qıtlığı, quraqlıq, qida elementlərinin azlığı və s.) davamlı olmaqla “super bitki” və “gələcəyin qidası” adlarını qazanıb və həmçinin şorlaşmış torpaqların biobərpasında və meliorasiyasında müvəffəqiyyətlə tətbiq edilir. Kinoyanın gövdə və yarpaqları isə heyvandarlıq və quşçuluqda yem kimi geniş istifadə edilir. 2014-cü ildən respublikamızda ilk dəfə olaraq Botanika İnstitutunun Kürdəmir bazasında ICBA ilə birlikdə həyata keçirilən “Aral və Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda müştərək layihə üzrə kinoya və bir sıra qida və yem əhəmiyyətli bitkilərlə təcrübələr aparılır və perspektivli nəticələr əldə edilib. Təcrübələr davam etdirilir. Bu bitkinin kənd təsərrüfatına daxil edilməsi Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, torpaq, su və bitki ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi, eləcə də marginal və şorlaşmış ərazilərin yaxşılaşdırılması üzrə dövlət proqramlarının yerinə yetirlməsinə töhfə verə bilər.

“AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadənin rəhbərliyi ilə həyata keçirilən bu iş proqramı çərçivəsində doktorant Xatirə Qasımova və magistr Emin Hüsüyev Ankara Universitetində elmi ezamiyyətdə olublar. Gənc mütəxəssislər Kürdəmir rayonunda yerləşən Kərrar Dayaq Məntəqəsində yem bitkilərinin inkişafına abiotik stresin təsiri üzrə həyata keçirilən elmi tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində analizlər aparıblar. Cari ildə təcrübələrdə yerli və ICBA tərəfindən tövsiyə edilən kinoya, sorqo, qarğıdalı, amarant, darı, yonca kimi 8 bitkidən istifadə edilib. Həmçinin Rusiya Elmlər Akademiyasının L.Komarov adına Botanika İnstitutunun Anatomiya və morfologiya laboratoriyasının müdiri, professor O.Yakovleva və professor T.Kravtsova ilə birlikdə gənc alimlərlərimiz tərəfindən skanedici elektron mikroskopu vasitəsilə müxtəlif növ quinoa (kinoya) bitkilərinin toxum və tozcuqlarının anatomik xüsusiyyətlərinin müqayisəli təhlilinin aparılması nəticəsində bu bitkinin abiotik stresə (duz və quraqlıq) digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilib. Qeyd edilməlidir ki, Kürdəmirdə təqdim olunan bütün “quinoa” nümunələri ontogenezin bütün inkişaf mərhələlərini keçərək, canlı toxum əmələ gətirmə mərhələsinə qədər çatıb. Bu da yeni yem bitkiləri sortlarının seçilməsi, əkinçiliyə daxil edilməsi və şorlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verəcək. Beləliklə, həyata keçirilmiş müvafiq elmi yanaşmalar və tədbirlər nəticəsində kinoya, amarant, sorqo, darı bitkiləri çox yüksək duzluluqda inkişaf edib, zəif, orta və yüksək şorlaşmış torpaqlarda isə bitkilərin böyüməsi arasındakı fərqlər əhəmiyyətli dərəcədə azalıb.

Həmçinin AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə ərazidə su və külək eroziyasının qarşısının alınması məqsədilə fitomeliorativ tədbirlər görülüb, ekoloji baxımdan davamlı və region üçün iqtisadi əhəmiyyətli olan 5000-dən çox ağac bitkiləri əkilib. Qeyd etmək lazımdır ki, Kürdəmir dayaq məntəqəsinin rəisi Nəriman Orucovun rəhbərliyi altında tarlada Botanika İnstitutunun alimləri ilə birlikdə bir çox kənd sakinləri - aqrotexniklər də çalışır və bu da görülən çöl işlərin müvəffəqiyyətini təmin edir. Beləliklə, Botanika İnstitutu tərəfindən müşahidələr və tədqiqatlar Kür-Araz ovalığının azməhsuldar şoranlaşmış torpaqlarında ərzaq təminatının yüksəldilməsi üçün yeni sortların seçilməsi, əkinçiliyə daxil edilməsi və şoranlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verir”, - deyə məqalədə qeyd edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır