BOTAŞ ilə SOCAR Avropaya qaz tədarükü üçün birgə şirkət yaradıblar
Bakı, 8 aprel, AZƏRTAC
Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR şirkətləri birgə şirkət yaradıblar və Avropaya qaz tədarük edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “CNN Turk” televiziya kanalında çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib. O bildirib ki, Balkan dövlətləri bizdən (Türkiyə və Azərbaycandan) təbii qaz almaq istəyirlər. Azərbaycan Türkiyəyə böyük həcmdə sərmayə yatırıb və bu sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Avropaya qaz satışı istiqamətində icra olunan layihələri Türkiyə ilə Azərbaycan həyata keçirəcək.
Nazir diqqətə çatdırıb ki, yaxın gələcəkdə Türkiyə qaz satışı mərkəzinə çevriləcək və Azərbaycan da bunu dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]