BÖYÜK BRİTANİYA ÇOX KƏSKİN ENERJİ BÖHRANINA MƏRUZ QALA BİLƏR
Bu xəbərdarlıqla Britaniya Sənayesi Konfederasiyası (BSK) çıxış etmişdir.
BSK-nin baş katibi Diqbi Cons demişdir ki, hadisələrin bu cür cərəyan etməsi imkanı realdır. Böhran məhsul buraxılışının kəskin surətdə azalmasına, mənfəətin aşağı düşməsinə və rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxaracaqdır. BSK başçısı ölkənin enerji təchizatında böhranqabağı vəziyyətə görə məsuliyyəti hökumətin üzərinə atmışdır. Consun fikrincə, hökumət kifayət qədər təbii qaz ehtiyatı yarada bilməmişdir.
Hazırda Böyük Britaniyanın strateji qaz ehtiyatları 11 gün üçün nəzərdə tutulmuşdur. Halbuki, Avropanın əksər ölkələrində bu göstərici 55 gündür. BSK xəbərdarlıqla bildirmişdir ki, krallıqda temperatur sıfır dərəcədən aşağı düşsə, bu ehtiyat cəmi bir həftə üçün kifayət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]