Böyük Britaniyada 5 milyon nəfər “Brexit”in əleyhinə səs verib
London, 27 mart, AZƏRTAC
Böyük Britaniyada 5 milyondan çox vətəndaş “Brexit” barədə qərarın ləğv edilməsinin lehinə səs verib. Britaniya Parlamentinin saytında keçirilən onlayn səsvermədə 5 milyon nəfərdən çox “Brexit” əleyhdarı səs verib.
İmza kampaniyasını başladan Marqaret Corciadu buna görə təhdid mesajları aldığını da vurğulayaraq deyib: “İttifaqı tərk etmək, ya da onun tərkibində qalmaq barədə qərarın xalq tərəfindən verildiyini göstərmək istəyirəm”.
Xatırladaq ki, şənbə günü keçirilən etiraz mitinqinə bir milyona yaxın insanın qatıldığı bildirilir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]