Böyük Britaniyada hava limanları genişləndirilə bilər
London, 22 yanvar, AZƏRTAC
Böyük Britaniyada hava limanlarının genişləndirilməsi, o cümlədən Hitrou hava limanında mübahisəli üçüncü uçuş-enmə zolağının tikintisi hökumətin iqtisadi artım planları çərçivəsində nəzərdən keçirilir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Maliyyə Nazirliyi Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının dəstəklənib-dəstəklənməyəcəyini, Gatvik hava limanında ikinci zolağın təsdiqini və Luton hava limanında tutumun artırılmasını araşdırır.
Yeni Leyboristlər hökuməti iqtisadi artımı əsas prioritetlərdən biri kimi qəbul edir və maliyyə naziri Reyçl Rivz daha irəli və sürətli addımlar atmağa söz verib. Nazirin gələn həftə hava limanları ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]