Böyük Britaniyada koronavirusdan ölənlərin sayı on min nəfərə yaxınlaşır
London, 11 aprel , AZƏRTAC
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı son sutka ərzində 917 nəfər artaraq 9875-ə çatıb.
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Şotlandiyada 47, Uelsdə 36, Şimali İrlandiyada 15 nəfər həyatını itirib.
Dauvinq Stiritdə gündəlik koronavirus brifinqində Baş Nazir Boris Consonun sağlıq vəziyyətinın yaxşılığa doğru getdiyi açıqlanıb.
Oksford Universitetinin professoru Sarah Gilbert “Times” qəzetinə müsahibəsində koronavirusa qarşı peyvəndin sentyabr ayında əldə edilə biləcəyini söyləyib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]